31
şagirdlərə
təsir etməyəcək, havadan asılı qalacaqdır. Belə nitqin,
ifanın qavranılması, başa düşülməsi şagird üçün çətinlik törədir,
bəzən də əsərin ideya-məzmununun yanlış qavranılmasına gətirib
çıxarır. Müəllimin emosional, təsirli ifası
isə mətnin, təlim mate-
rialının şagirdlər tərəfindən başa düşülməsini, yadda qalmasını
asanlaşdırır.
Şair H.Arif ədəbiyyatşünas alim C.Xəndanın xatirəsinə həsr
etdiyi “Necə unudasan?” şeirində sevimli müəllimin natiqlik məha-
rətini, mənalı nitqini, ifadəli şeir demək bacarığını yüksək qiymət-
ləndirərək yazır:
Doymazdıq mənalı söhbətlərindən,
Hər duzlu kəlam da bir yadigardır.
Deyərdin kimləri
sevir dərindən,
Deməzdin kiməsə nifrəti vardır.
Şeirsiz, ilhamsız görmədim onu,
Baxan unudardı ağrını, dərdi.
Vaqifi, Sabiri, Səməd Vurğunu,
Əzbər deyə-deyə əzbərlədərdi.
Bu baxımdan bədii əsərin ifadəli oxusunda süni pafos təmtəraq
deyil, mətnin ideya-məzmununu səslənən sözlə dinləyiciyə çatdır-
maq üçün hər sözün, ifadənin həssaslıqla duyulması, işlənmə məqa-
mına görə məna çalarlarının dərk edilməsi zəruridir.
İfadəli oxuya hazırlıq zamanı şagird əsərdəki hər sözün,
kəlmənin mənası, məqsədəmüvafiqliyi, necə tələffüz olunacağı
barədə düşünür. Böyük sənətkarın əsərlərinin dilindəki həqiqi,
məcazi mənalı sözlər, xəfif kinayə, istehza, sarkazm, coşqun hisləri
ifadə edən zəriflik və ya kəskinlik, xalq dilinə xas olan yığcamlıq,
fikrin birbaşa, çılpaqlıqla deyil, dolayı ifadə
edilməsi istər-istəməz
ifaçının da şüuruna hopur, sözə həssas yanaşmasına, nitqinin
cilalanmasına səbəb olur.
“Fransa yazıçısı G. Mopassan deyirdi ki, sizin, haqqında
danışmağa başladığınız əşya, necə olur-olsun, onu adlandırmaq
üçün
ancaq bir isim, onun hərəkətini ifadə etmək üçün yalnız bir feil
və təyin etmək üçün təkcə bir sifət vardır. Həmin isim, həmin feil,
həmin sifət tapılmayınca axtarmaq lazımdır və heç bir zaman
çətinlikdən qurtarmaq üçün, hətta dil (vəzn, qafiyə) baxımından
32
müvəffəqiyyətli olsa da saxtalıq ardınca qaçılmamalıdır.
Sanki bu sözlər Sabir şeirinin dilinə nümunə olaraq deyilmişdir.
Sabirin şeirlərində bütün sözlər yerli-yerindədir. Müəyyən bir fikri
bildirmək üçün onun işlətdiyi nitq hissələrindən
müvafiq sözlər
tapmaq mümkün deyildir.
Məzlumların göz yaşı dərya olacaqmış,-
Dəryaları, ümmanları neylərdin, ilahi?!..
Bağın, əkinin xeyrini bəylər görəcəkmiş,-
Toxm əkməyə dehqanları neylərdin, ilahi?!..
İş rəncbərin, güc öküzün, yer özününkü,-
Bəyzadələri, xanları neylərdin, ilahi!
Burada heç bir sözü başqa bir sözlə əvəz etmək olmaz. Sabirin
poeziyası bir-birinə yaraşan əlvan, rəngarəng təbii güllərdən salın-
mış xalıdır.
Burada sözlərə toxunmaq, hətta onların yerini belə
dəyişdirmək mümkün deyildir. Sabirin misraları tuncdan tökül-
müşdür. Bu şeiri başqa bir musiqi ilə, başqa bir ahənglə oxumaq
olmaz: onu Sabir özü bəstələmişdir. Sabirin misraları
şairin öz
musiqisi ilə oxunur. Bu məzmunu ifadə etmək üçün yalnız belə bir
intonasiya, avaz seçilməli idi: həmin effekti yaratmaq üçün ancaq
suallı nida avazı lazım idi”
1
.
Sənətkar bədii obraz yaratmaq üçün söz əzabına qatlaşır,
inadala axtarışlar aparır, dönə-dönə əsərin üzərinə qayıdır, onu bədii
cəhətdən cilalayır. R.Rzanın öz yaradıcılıq axtarışları haqqında
yazdıqları bu baxımdan səciyyəvidir:
Mən ilhamı bir dost kimi,
imdadıma çağırmışam...
Ürəyimin ağrısından
pələng kimi
bağırmışam.
Söz çıxıb ceyran dalına,
Həsrət qalıb
bir müqəyyəd
qafiyənin vüsalına.
Şübhəsiz, qüdrətli sənətkarların öz niyyətini ifadə etmək üçün
1
Hacıyev T. Yazıçı dili və ideya-bədii təhlil. Bakı: Maarif, 1979. s.102-103.
33
dilin zəngin xəzinəsindən məharətlə istifadə etməsi,
fikri dəqiq,
ifadəli çatdırmağa imkan verən obrazlı söz axtarışları şagird-ifaçı
üçün bir örnəyə çevrilir, sözə həssas münasibət bəsləməyi öyrədir.
Dostları ilə paylaş: