111
tərəfindən oradakı intonasiyaya uyğun oxunmalıdır.Təsadüfi deyil
ki, bədii söz ustaları ifadəliliyin mühüm vasitəsi olan intonasiyanı
nitqin təsirliliyinin yüksək forması adlandırmışlar”.
1
İntonasiya
– nitqin ahəngi (səsin yüksəlməsi və ya alçalması),
ritmi (uzun və qısa, vurğulu və vurğusuz hecaların əlaqəsi), nitqin
tempi və ya sürəti (müəyyən zaman ərzində sürətlə və ya yavaş
tələffüzü), intensivliyi (nəfəsalmanın güclənməsi və ya zəifləməsi),
məntiqi vurğusu, tembri kimi hadisələrin məcmuyundan ibarət
mürəkkəb dil hadisəsidir. Ə.Dəmirçizadənin qeyd etdiyi kimi, cox
mürəkkəb, rəngarəng olan intonasiya hadisəsinin (avazlanma) də
ton (səsin alçalması,ucalması), sürət (nitqin surətlə və avazla), səsin
gücü (nəfəsvermə, tələffüzün güclülüyü və zəifliyi), səsin duygulara
parçalanması, durgu boyaları, yəni qorxu, sevinc, hallarına görə
dəyişikliklərə ugraması kimi rəngarəng cəhətləri vardır.
2
İfadəli oxuda intonasiya ilk növbədə cümlədə məntiqi vurğunun
və ara sözlərin müəyyənləşdirilməsinə imkan yaradır. Nitqin ritmik-
melodik komponenti kimi intonasiya oxunun emosional-ekspressiv
gücünü artırır.
Cümlənin başlıca əlamətlərindən olan intonasiya onun qram-
matik cəhətdən də formalaşmasına xidmət edir.
Dostları ilə paylaş: