113
yerinə qoyanda anaya o indi ağır, əvvəlkindən qat-qat ağır gəldi. Ana
yanılmamışdı. O sərvət hara, bu hara?
( G. Hüseynoğlu)
3. İntonasiyanın
kulminativ (ayırıcı) funksiyası
nitq axınında
ən mühüm, zəruri sözləri ayırıb nəzərə çarpdırır,
bu da məntiqi
vurğu sayəsində əldə edilir.
Dünyanın bir karvan köçündən gəlib,
Dözümün bilməyən gücündən gəlib,
Yoxsa nağılların içindən gəlib,
Özü nağıllara dönən analar.
Gül dedik, ovcunda çiçək bitirdi,
Sevinci paylayıb, qəmi itirdi,
Yuxusuz gözlərə yuxu gətirdi,
Laylalar üstündə dinən analar.
Saçına qar yağdı, yaz verdi bizə,
Dünyanı görməyə göz verdi bizə,
Özünə bənzəyən qız verdi bizə,
Ömrünü min yerə bölən analar…
Vətənin özünə «Ana» dedilər,
Oduna, közünə «Ana» dedilər,
Bir gün yad qızına «Ana» dedilər,
Nəvə muştuluğu alan analar!
( N.Həsənzadə)
Dostları ilə paylaş: