69
Mövzu 10
Təsviri sənətdə işarə. Semiotik problemlər
İ
şarələri öyrənən elm semiotika adlanır. İşarələrin əməli
təsiri və qavranılması prosesi semiozis adlanır. İşarə düşüncəsi
təsviri sənətin yarandığı gündən əsasında olan bir daxili qavrayış
prosesidir. Təsviri sənət yaranandan bu günə kimi daima məlumat
ötürücü xüsusiyyətə malikdir (bədii, məntiqi, psixoloji və s.).
Müasir abstrakt təsviri sənətdə isə işarə məlumat ötürməkdən
çox emosional halın və hissiyyatın ötürücüsü rolunu oynayır.
Amma müasir dövrdə də realistik təmayüllü incəsənət emosiya
və hissiyatla bərabər məlumatın da ötürücüsüdür. Belə məzmun,
mövqe, yanaşma, qiymətləndirmənin ötürülməsi nəticəsində in-
formasiya əldə olunur. Beləliklə, işarə təsviri incəsənətdə infor-
masiya mübadiləsini təmin edir.
İşarələr iki əsas növə bölünür:
Dostları ilə paylaş: