88
Təsviri incəsənətin nəzəriyyəsi
Telman İbrahimov
T
əbiətdə mövcud olan hər bir obyekt özünəməxsus rəngə
malikdir, lakin praktiki olaraq insan gözü real rəngləri olduğu
kimi qavramağa qadir deyil. Rəngin qavranmasını bir necə amil
müəyyənləşdirir ki, bunlar işıq, mühit, baxış bucağı, tamaşaçı-
ya təsir gücü, psixoloji aspektdir. Bu baxımdan yaradıcı şəxsin
(rəssamın) xüsusi, peşəkar diqqətə malik olması zəruri şərtdir.
Rəssam ziddiyyətləri, rəngi, kölgələri, refleksləri müşahidə edərək,
onları ifadə vasitəsi kimi istifadə edir. Leonardo da Vinçi yazır:
“İşıqlandırılmış predmetlərin səthləri həmin predmetin gerçək
rəngini əks etmir... Əgər biz bəyaz parçanı qaranlıq bir məkana
yerləşdirib onun üzərinə üç dəlikdən müxtəlif mənşəli işığı (günəş,
atəş, və hava) yönəltsək, həmin parça üçrəngli görünəcək. Heç
bir predmet öz təbii rəngini tam olaraq müəyyən etmir. Rəngin
müəyyənləşməsi üçün ilk olaraq predmet və göz arasında mövcud
olan mühit, daha sonra predmeti işıqlandıran digər predmetin hər
hansı rəngə malik olmasıdır”. Burada da Vinçi rəng perspektivi və
refleksləri aşkarlamağa çalışır.
Dostları ilə paylaş: