31
qısa informasiya verir.
1.1.2. Sağlamlaşdırıcı vasitələrdən istifadə və düzgün qidalanma haqqında
informasiya verir.
1.2. Müxtəlif idman növlərinə aid hərəkətlərin icra üsulları haqqında
biliklərini nümayiş etdirir.
1.2.1.Yerinə yetirilən hərəkətlərin icra üsullarını fərqləndirir.
1.2.2. Müxtəlif oyunları, hərəkətləri təyinatına görə fərqləndirir.
1.2.3. İdman növlərinin elementlərindən ibarət kombinələşmiş estafetlərin
təyinatını fərqləndirir.
1.3. Hərəki fəaliyyətin təşkili və idarə olunmasına dair bilikləri nümayiş
etdirir.
1.3.1. Sıra hərəkətləri haqqında məlumat verir.
1.3.2. Ümuminkişaf hərəkətlərini təyinatına görə fərqləndirir.
1.3.3. Hərəki qabiliyyətləri inkişaf etdirən oyunlar və komplekslər haqqında
informasiya verir.
1.3.4. Hərəkətlərin nəbz vurğularına, tənəffüs tezliyinə təsiri haqqında informasiya
verir.
1.3.5. Hərəkətlərin icrasında
müvafiq təhlükəsizlik,
özünümühafizə və ilk tibbi
yardım qaydaları haqqında informasiya verir.
1.4. Şəxsiyyətin harmonik inkişafı haqqında məlumat verir.
1.4.1
Mübarizlik, inam hissi və vətənpərvərlik tərbiyəsi haqqında məlumat verir.
1.4.2. İlin əsas idman tədbirləri və idmançıları haqqında məlumat verir.
2. Hərəki bacarıqlar və vərdişlər
Şagird:
2.1.Hərəki bacarıqları mənimsədiyini nümayiş etdirir.
2.1.1. Bədən quruluşunun, qamətin korreksiyası üçün hərəkətləri yerinə yetirir.
2.1.2. Sağlamlaşdırıcı vasitələrdən orqanizmi möhkəmləndirmək üçün istifadə edir.
2.2. Hərəki fəaliyyətin icra üsulunu mənimsədiyini nümayiş etdirir.
2.2.1.Müxtəlif idman növlərinə aid
hərəkətləri,
müvafiq üsullarla icra edir;
2.2.2. Müxtəlif təyinatlı oyunlarda qaydalara müvafiq fəaliyyət göstərir;
2.2.3. Sadə və kombinələşmiş estafetlərdə iştirak edir.
Dostları ilə paylaş: