163
dilindən istifadə
«Ərazi quruluĢu və inzibati ərazi bölgüsü haqqında»
Azərbaycan Respublikası Qanununa uyğun olaraq Azərbaycan
Respublikasının inzibati ərazi bölgüsünü təĢkil edən inzibati
ərazi vahidlərinin–Ģəhər, rayon, inzibati ərazi dairəsi, qəsəbə və
kəndlərin adları dövlət dilində yazılmalıdır, onların dövlət dilinin
normalarına uyğun olaraq yazılıĢı müvafiq qurum tərəfindən
müəyyənləĢdirilir. Bu maddədə göstərilən inzibati ərazi vahid-
lərinin adları dövlət dili ilə yanaĢı xarici dillərdə də yazıla bilər.
Belə olan halda inzibati ərazi vahidinin adı
əvvəlcə dövlət
dilində və ondan sonra xarici dildə verilməlidir.
M a d d ə 10.
Coğrafi obyektlərin adlarında dövlət dilinin
işlədilməsi
10.1.
Azərbaycan Respublikasında coğrafi obyektlərin adla-
rının dövlət dilinin normalarına uyğun olaraq yazılıĢı müvafiq
qurum tərəfindən müəyyənləĢdirilir.
10.2.
Azərbaycan coğrafi adlarının xarici dillərdə verilməsi
Azərbaycan
dilində səslənməsinə, coğrafi adların beynəlxalq
yazılıĢ qaydalarına uyğun olaraq müəyyən edilir.
M a d d ə 11.
Dövlət dilinin hüquq mühafizə orqan-larında,
Silahlı Qüvvələrdə, notariat fəaliyyətində, inzibati
icraatda, məhkəmə icraatında və inzibati xətalar üzrə
icraatda işlənməsi
11.1.
Azərbaycan Respublikasının hüquq mühafizə orqan-
larında Azərbaycan Respublikasının dövlət dili iĢlənir. Dövlət
dilini bilməyən Ģəxslər qanunvericiliklə müəyyən edilmiĢ qay-
dada tərcüməçidən istifadə edə bilərlər.
11.2.
Azərbaycan Respublikasının Silahlı Qüvvələrində
qanunvericiliklə müəyyən edilmiĢ hallar istisna olmaqla, dövlət
dili iĢlənir.
11.3.
Azərbaycan Respublikasının notariat fəaliyyəti üzrə
kargüzarlıq dövlət dilində aparılır. «Notariat haqqında» Azərbay-
can Respublikası Qanununa müvafiq olaraq notariat hərə-
164
kətlərinin aparılması üçün müraciət etmiĢ Ģəxs dövlət dilini
bilmirsə və ya notariat hərəkətinin hər hansı baĢqa dildə
aparılmasını xahiĢ edirsə, notarius
imkan daxilində tərəfindən
rəsmiləĢdirilən sənədlərin mətnlərini arzu edilən dildə tərtib edə
bilər və ya mətn tərcüməçi tərəfindən ona tərcümə edilə bilər.
11.4.
Konstitusiya Məhkəməsində icraat dövlət dilində apa-
rılır. Konstitusiya Məhkəməsində baxılan iĢin iĢtirakçısı olan və
icraatın aparıldığı dili bilməyən Ģəxslərə iĢin bütün mate-
riallarının onların bildiyi dilə tərcüməsi və Konstitusiya Məh-
kəməsinin iclaslarında ana dilində çıxıĢ etməsi təmin olunur.
11.5.
Azərbaycan Respublikası məhkəmələrində cinayət
mühakimə icraatı dövlət dilində aparılır. Azərbaycan Res-
publikası Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiĢ
hallarda və qaydada bütün növ məhkəmə icraatları digər
dillərdə aparıla bilər.
11.6.
Azərbaycan Respublikası məhkəmələrində mülki iĢlər,
kommersiya və inzibati mübahisələr üzrə məhkəmə icraatı
dövlət dilində aparılır. Azərbaycan Respublikası Mülki-Proses-
sual Məcəlləsi ilə müəyyən edilmiĢ hallarda və qaydada bütün
növ məhkəmə icraatları digər dillərdə aparıla bilər.
11.7.
Azərbaycan Respublikasında Ġnzibati xətalar üzrə icraat
dövlət dilində aparılır. Azərbaycan Respublikasının Ġnzibati
Xətalar Məcəlləsi ilə müəyyən edilmiĢ hallarda və qaydada
inzibati xətalar üzrə icraat digər dillərdə aparıla bilər.
11.8.
Ġnzibati aktın
qəbul edilməsi, icra olunması, dəyiĢ-
dirilməsi və ya ləğv edilməsi, habelə inzibati Ģikayətlərə
baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən inzibati
icraat dövlət dilində və ya müəyyən ərazi əhalisinin
əksəriyyətinin dilində aparılır. Ġnzibati icraatda iĢtirak edən və
icraatın aparıldığı dili bilməyən Ģəxslərə tərcüməçinin
xidmətindən istifadə etmək hüququ izah və təmin edilir.
M a d d ə 12.
Dostları ilə paylaş: