40
hesabın nömrəsi və müəssisənin daxil olduğu bankın adı, əməliyyatların aparılmasının məzmunu
və əsası, əməliyyatların kəmiyyət və miqdar üzrə qiymətləndirilməsinin əks olunması, ödəmə
məbləği, əməliyyatın aparılmasına, sənədlərin rəsmiləşdirilməsinə cavabdeh olan şəxsin imzası
və möhür Sənədlər dəqiq, düzgün, heç bir pozuntuya yol verilmədən tərtib olunmalıdır. Əsasən
pul sənədləri-çek. mədaxil və məxaric kassa orderləri, ödəmə tapşırığı, vergi hesab-fakturası və
digər bank sənədləri ciddi qaydada doldurulmalıdır. Bəzi sənədlərin doldurulması üçün xüsusi
qaydalar hazırlanmışdır. Burada mühasibat sənədlərini tərtib
etmək üçün sənəd və sənəd
dövriyyəsi haqqında əsasnamədən istifadə edilməlidir. O cümlədən Maliyyə Nazirliyi tərəfindən
təsdiq edilmiş "Vergi hesab-fakturasının tətbiq qaydalarına" əməl edilməlidir.
İndi əksər maliyyə bank sənədləri ciddi uçot sənədi hesab olunur. Onlar xüsusi qeydiyyatdan
keçirilir və seriya, nömrələrlə verilir. Bu Nonodlərin hazırlanması üçün ayrıca xüsusi lisenziya
tələb olunur.
Bu qaydalar Azərbaycan Respublikasının Vergi Məcəlləsinə və Nazirlər Kabinetinin qərarı ilə
təsdiq edilmiş "Maliyyə hesabatı kimi istifadə olunan biletlərin, qəbzlərin, talonların,
putyovkaların və onlara bərabər tutulan digər sənədlərin hazırlanmasına xüsusi razılıq verilməsi
qaydasına" uyğun olaraq hazırlanmalıdır.
Sənədlərin üzərində düzəlişlərin aparılması məqsədə uyğun deyildir.
Kassa və bank
sənədlərində ümumilikdə düzəlişlərə yol verilmir. Səhv doldurulmuş sənədlər ləğv edilir, uçota
alınır və mıxlanılır.
I'ərdi qaydada hazırlanmış sənədlər üzərində müxtəlif səbəblər Üzündən sənədlərdə (yuxarıda
göstərilənlərdən başqa) səhvlərin düzəldilməsinə müəyyən qaydalarla yol verilir. Bu zaman
sənəd üzərində müvafiq qeydlər aparılır və sənədi imzalayan şəxs tərəfindən təsdiqlənir.
Müəyyən məsələlər üzrə tərtib edilmiş sənədləri nəzarətə gülürməkdən ötrü onların surətləri
çıxarılır və kötükləri saxlanılır. Çıxarılmış sənəd kötüklərinin maliyyə əhəmiyyəti vardırsa, onda
ə, maliyyə hesablarına tikilərək saxlanılır və ödənilmiş maliyyə vəsaitlərinin qoyuluşunu təsdiq
edir.
Hər bir hüquqi şəxsin fəaliyyəti üçün onun banklarda milli və ya valyuta hesabı olmalıdır. Pul
vəsaitinin saxlanması və əməliyyatların aparılması üçün müəssisə bankda öz hesablaşma
hesubmı açır. Müəssisələr arasında hesablaşmaların əksəriyyəti lıagdsız
yolla - pul vəsaitinin
köçürülməsi yolu ilə aparılır. Burada luıııklar vasitəçi rolunu daşıyır, ödəmələrin çevikliyini
41
təmin edir. Müəssisələrin bankda hesablaşma hesabını açmaqdan ötrü ıi|ıipjdakı sənədlər
lazımdır:
I Müəssisənin qeydiyyatdan keçmiş nizamnaməsinin surəti;
i
Müəssisənin maliyyə və bank sənədlərini imzalamaq hüququna malik şəxslərin imzalarının
və möhürün nümunəsi olan к ill tı ıç к a;
3.
Müəssisənin rəhbərinin hesablaşma hesabı açmaq haqqında ərizəsi;
4.
Müəssisənin Ədliyyə Nazirliyində qeydiyyatdan keçməsi haqqında
şəhadətnamənin
surəti;
5.
Bildiriş - dublikat.
Bank işləri haqqında təlimata və əsasnaməyə uyğun olaraq, bu sənədlər müvafiq qaydalar
əsasında tərtib olunur. Göstərilən sənədlərə uyğun olaraq sərəncamla hesablaşma hesabının
nömrəsi verilir.
Dostları ilə paylaş: