1. İnzibati kargüzarlıq
2. Xüsusi kargüzarlıq
İnzibati kargüzarlıqda
sənədləşdirmə idarəetmənin inzibati fəaliyyətini bilavasitə özündə
əks etdirir^Bütün idarələrdə bu növ kargüzarlıq idarənin fəaliyyətindən asılı olmayaraq eyni
formada təşkil olunur. Bunu nəzərə alaraq idarəetmə ilə müdiriyyətlə əlaqədar inzibati sənədlərin
tərtibi, göndərilməsi, qeydiyyatı, icrasına nəzarət və onlardan istifadə etmək dəftərxanaya və ya
kargüzara həvalə edilir.
6
Xüsusi kargüzarlıqda
idarənin öz xüsusiyyətinə uyğun olaraq sənədləşmə aparılır^Bura
mühasibat, notariat, maliyyə, məhkəmə, istintaq, sosial təminat, statistika, uçot, kommersiya
sahəsi üzrə kargüzarlıq daxildir. > Bu növ'kargüzarlıq bilavasitə bu işlərlə məşğul olan
əməkdaşların fəaliyyəti ilə bağlıdır.fXüsusi kargüzarlığın fərqləndirici cəhəti sənəd formalarının,
nomenklaturasının və onların hazırlanmasının müxtəlif olmasıdır. * İnzibati və xüsusi
kargüzarlıq idarəetmədə bir-birini tamamlayır.
- Kargüzarlığın düzgün təşkili gələcəkdə sənədlərdən istifadə olunmasına zəmanət
verir.*Kargüzarlıq işi elmi əsaslar üzərində düzgün qurularsa, heç bir rəsmiyyətçiliyə və
süründürməçiliyə yol verilməz.
Kargüzarlığın qurulması hər zaman dövlətin fəaliyyətindən asılıdır. Azərbaycan dövlətçiliyi
tarixində kargüzarlığın inkişafım aşağıdakı mərhələlərə bölmək olar:
1.
Böyük Azərbaycan dövlətçiliyinə qədər olan dövrədək kargüzarlığın inkişafı;
2.
Böyük Azərbaycan dövləti vaxtında kargüzarlığın və inzibati sənədləşmənin inkişafı
3.
Azərbaycan Demokratik Respublikasına qədər sənədləşmənin inkişafı;
4.
Azərbaycan Demokratik Respublikasının yaranması və fəaliyyəti müddətində kargüzarlığın
inkişafı;
5.
İndiki dövrə qədər kargüzarlığın inkişafı.
Bu dövrlər ərzində dövlətçiliyin xüsusiyyətlərinə uyğun olaraq kargüzarlıq aparatı
formalaşmışdır. Ayrı-ayrı xidməti sahələr yaradılmışdır.
4-Ial-hazırda idarələrdə kargüzarlığın sənədli hissəsinin təşkilinə və sənədlərin saxlanmasının
təmin edilməsinə ümumi nəzarəti idarə rəhbərləri və yerli arxiv orqanlarının işçiləri həyata keçi-
rirlər. Buna görə idarə arxivlərinin müasir formada təşkil olunması vacib şərtlərdən biridir.
Bütün idarələrdə olduğu kimi məhkəmələrdə kargüzarlığın düzgün təşkili ədalət
mühakiməsinin həyata keçirilməsi, hökm və qətnamələrin icrası, məhkəmə işlərinə vaxtında
baxılması, prosessual normalara əməl edilməsi, məhkəmə işinin təşkilinin mühüm
şərtlərindəndir. Xüsusi kargüzarlıq olaraq məhkəmələrdə kargüzarlığın təşkili qaydası
təlimatlarla tənzimlənir. Burada məhkəmə sənədlərinin rəsmiləşdirilməsi, tərtib edilməsi,
hazırlanması, uçotu, qeydiyyatı, məhkəmə işlərinin dövriyyəsi, məlumat axtarışı, icra üzərində
nəzarət, sənədlərə əsaslanan materialların ardıcıllıqla saxlanılması və onlardan istifadə edilməsi
üçün hazırlanmasını müəyyən edir. Kargüzarlıq işlərinin təkmilləşdirilməsi əməyin texniki təşkili
7
prinsiplərinin, kargüzarlığın mexanikləşdirilməsi, sənədlərlə işləmənin forma və metodlarının
tətbiq edilməsi yolu ilə həyata keçirilir.
Dostları ilə paylaş: |