3
1.
Dövlət hakimiyyət orqanlarının sənədləşmə sistemi üzrə;
2.
İdarəetmə orqanlarında sənədləşmə sistemi üzrə;
3.
Müəssisələrin, maliyyə, bank, məhkəmə və digər təşkilatların sənədləşmə sistemləri üzrə.
4.
Dövlət hakimiyyət orqanlarının fəaliyyətini əhatə edən əsas
sənədlər qrupunu hüquqi
aktlar, qanunlar, fərmanlar, qərarlar, protokollar və s. tutur. Buna görə də kargüzarlıq aparatının
düzgün qurulması sahəsində qəbul olunmuş normativ sənədlər tamamilə istisnasız olaraq bütün
dövlət idarələrinə, yerli, mərkəzi idarəetmə orqanlarına, xüsusi müəssisələrə,
notariat, tədris.
arxiv, gömrük və s.. idarələrə aid olmalıdır.
5.
Azərbaycan Demokratik Respublikasının qurulduğu ilk günlərdən bütün aparat
işçilərindən tələb edilirdi ki, kargüzarlıq işlərinin sənədləşdirmə hissəsinin aparılmasını daha
dəqiq və səmərəli təşkil etsinlər.
6.
İndiki və gələcək idarəetmə işlərimizdə vətəndaşların ərizələrinə, şikayətlərinə, təklif və
məktublarına diqqətlə yanaşılaraq onların rəsmiləşdirilməsi qaydaları öyrənilməli, vətəndaşların
məktublarma tez və vaxtında cavab verilməlidir.
7.
Kargüzarlığın texniki təşkili və onun aparılmasının mədəni
səviyyəsi müəssisənin
idarəetmə fəaliyyətinə müsbət təsir göstərir. O, sadə və çevik olmalıdır. İdarəetmə sistemində
kargüzarlıq əməliyyatlarını icra edərkən səliqəli olmaq tövsiyə edilir və sənədlərin qeydə ahnma
işlərində, onların doldurulmasında diqqətli olmağı tələb edir.
8.
Bu gün idarəetmə sisteminin təkmilləşdirilməsi kargüzarlığın inkişafına mühüm təsir
göstərir, deməli, qarşıda kargüzarlıq fəaliyyətinin təkmilləşdirilməsi üzrə əsaslı işlərin aparılması
qoyulur. İdarə aparatının fəaliyyətinin səmərəliliyi sənədlərlə işin düzgün təşkili ilə qırılmaz
surətdə bağlıdır. Praktiki olaraq məlumat mənbələri əsasında qərarların hazırlanması və qəbulu
ilə əlaqədar olan bütün idarəetmə
məsələləri sənədləşdirmədən, sənədlərin yaradılması, icrası və
rəsmiləşdirilməsindən kənarda qala bilməz.
9.
İdarə aparatının bütün işçilərinin, texniki icraçılardan tutmuş struktur bölmələrinin
rəhbərlərinədək fəaliyyəti sənədlərlə əlaqəlidir. Bir hissə sənədləri yaradır, digərləri sənədlərin
rəsmiləşdirilməsini və verilməsini təmin edir. Onlara əsasən qərarlar qəbul edilir və sonra isə
icraya yönəldilir. Müasir dövrdə iqtisadiyyatın idarə edilməsi
normativ hüquqi sənədlərə
əsaslanaraq qurulmalıdır.