Azərbaycan Respublikası Səhiyyə Sektorunda İslahatlar Layihəsi (SSİL)



Yüklə 57 Kb.
tarix01.01.2017
ölçüsü57 Kb.
#4108
Azərbaycan Respublikası

Səhiyyə Sektorunda İslahatlar Layihəsi (SSİL) Kredit No. 4210-AZ

MARAĞI İFADƏ EDƏN ƏRİZƏlər üçün DƏVƏT



İlkin Səhiyyə Xidməti sahəsində çalışan tibb işçiləri üçün infeksion və epidemioloji nəzarətin əsasları, infeksion xəstələrlə iş zamanı tibb işçilərinin fərdi qorunma qaydaları və vasitələri, İSX müəssisə daxili dezinfeksiyaya, sterilizasiyaya nəzarətin praktiki təşkilinə dair təlim materiallarının Azərbaycan Respublikası SN tərəfindən təsdiq edilmiş hüquqi normativ sənədlərə və ÜST tövsiyyələrinə əsasən hazırlanması, təlimlərin keçirilməsi və qiymətləndirilməsi üzrə Fərdi Yerli Məsləhətçi Xidməti

Təkliflərin verilməsinə dair bu Dəvətnamə 2006-cı il Noyabrın 30-da “Development Business” jurnalının 691 nömrəli buraxılışında dərc olunmuş ümumi satınalma elanının davamı olaraq irəli sürülür.

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi nəzdində yaradılmış Səhiyyə Sektorunda İslahatlar Layihəsi (SSİL) Səhiyyə Sektorunda İslahatlar Layihəsinin (SSİL) icrası üçün Dünya Bankından (DB) maliyyə vəsaiti almışdır və onun müəyyən hissəsini məsləhətçi xidmətlərinə sərf etmək niyyətindədir. Bu layihə həmçinin USAİD, UNİCEF və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən maliyyələşdirilir. Beynəlxalq İnkişaf Assosiasiyası tərəfindən maliyyələşdirilən müqavilələr üçün keçirilən tenderlər həmin təşkilatın “namizədlərin münasibliyi”nə dair qayda və proseduralarına uyğun həyata keçiriləcək.
Layihənin inkişaf uğrunda məqsədi – ölkədə səhiyyəni yaxşılaşdırmaq üçün səhiyyə sisteminin idarə etmə və maliyyələşdirilməsini geniş inkişaf etdirmək, həmçinin seçilən rayonlarda əhaliyə münasib ilkin tibbi xidmətin göstərilməsini maliyyə baxımından məsuliyyətli və davamlı surətdə gücləndirməkdən ibarətdir.
Təlimin əsas məqsədi aşağıdakılardır:


  • İSX müəssisələrində infeksion və epidemioloji nəzarətin əsas prinsiplərinin tədrisi və praktiki tətbiqi yolları haqqında bilik və bacarıqların artırılması;

  • İSX müəəsisəsi daxili dezinfeksiya, sterilizasiya və infeksion nəzarət standartları haqqında bilik səviyyəsinin artırılması, bu sahədəki yeniliklər haqqında məlumatlandırma;

  • İSX sahəsində çalışan ailə həkimləri və tibb bacılarının gündəlik fəaliyyət zamanı ambulator şəraitdən infeksion xəstələrə qulluq zamanı fərdi qorunma qaydaları və vasitələrindən düzgün istifadə haqqında bilik və bacarıqların artırılması;

  • Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən qəbul edilmiş infeksion nəzarət üzrə normativlərin gündəlik fəaliyyətə geniş istifadə üçün stolüstü vəsaitlərin hazırlanmas, çapı və paylanılması;

  • Təlim içtirakçılarının bilik səviyyəsinin və ehtiyaclarının qiymətləndirilməsi;

  • Təlim iştirakçılarının qiymətləndirmə nəticələrinə əsasən sertifikatlaşdırılması.

Təlim iki modul üzrə keçiriləcək:

Birinci modul


  • İSX səviyyəsində infeksion nəzarət sisteminin təşkili qaydaları

1. İnfeksion nəzarətin inzibati qaydalarının İSX səviyyəsində tətbiqi;  

2. İSX əhatə etdiyi ərazi üzrə infeksion və qeyri-infeksion xəstəliklərlə mübarizə və profilaktikanın effektiv təşkili üçün epidemioloji nəzarət qaydalarının əsasları;

3. İSX çərçivəsində ətraf mühit üzrə infeksion nəzarət tədbirlərinin təşkili və idarə edilməsi

İkinci modul


  • Abmbulator şəraitdə infeksion nəzarət və fərdi qorunma vasitələrindən istifadə qaydaları

  1. Fərdi qorunma vasitələrindən istifadə

  2. İnfeksion xəstələrlə ambulator şəraitdə iş zamanı sterilizasiya və dezinfeksiya qaydaları

  3. Dezinfeksiya məhlullarının hazırlanma qaydaları və normativlər

  • Əlcək, maska, respirator, birdəfəlik alətlər, təkrar istifadə üçün nəzərdə tutlan tibbi avadanlıqdan istifadə qaydalarının öyrədilməsi;

  • İstifadə edilmiş birdəfəlik tibbi ləvazimatların, digər tibbi tullantıların və bioloji mayellərlə çirklənmiş vəsaitlərin təhlükəsiz utilizasiya qaydaları;

  • Dezinfektantlardan ambulator şəraitdə istifadə qaydaları.



Təlim zamanı aşağıdakı metodlar tətbiq ediləcək:


  • İnteraktiv təlim metodları

  • Qrup müzakirəsi /praktiki tapşırıqlar;

  • Təlim iştirakçıları ilə birgə İSX müəssisəsi üçün nümunəvi infeksion nəzarət sisteminin qiymətləndirməsi və SN tərəfindən qəbul edilmiş standartlara əsasən müvafiq tövsiyyələrin birgə hazırlanması və təqdimatı;

  • Kursun əvvəlində ÇSS-dan (çox seçimli suallar) ibarət başlanğıc test və yekun imtahan.


Məsləhətçi üçün tələb olunan keyfiyyətlər


  • Tapşırıq sahəsinə uyğun olaraq müvafiq Universitet dərəcəsi və ya ekvivalenti;

  • Müvafiq sahədə minimum 5 illik iş təcrübəsi;

  • Ölkədə oxşar layihələrin icra edilməsi üzrə ümumi təcrübə;

  • Müvafiq sahə üzrə milli direktivlərin yaradılmasında iştirak

Səhiyyə Sektorunda İslahatlar Layihəsi hazırda, bu müsabiqədə iştirak etmək münasib ölkəni təmsil edən Fərdi Yerli Məsləhətçi (“Məsləhətçiləri”) qeyd olunmuş Xidmətlərin təmin edilməsində maraqlı olduğunu bildirməyə dəvət edir. Maraqlı olan Məsləhətçilər Xidmətlərin icrası üçün tələb olunan təcrübə, bilik və bacarıqlara malik olduğunu əks etdirən məlumatı təqdim etməlidirlər (CV, oxşar tapşırıqların təsviri, oxşar şəraitdə təcrübə, müvafiq bacarıqların mövcudluğu, və s.).


Fərdi məsləhətçi “Dünya Bankının 2004-cü ilin may ayı tarixli Təlimatı: Dünya Bankından Borcalanlar tərəfindən Məsləhətçilərin Seçilməsi və İşə götürülməsi” (2006-cı ilin oktyabr və 2010-cu ilin may ayında yenidən nəzərdən keçirilmiş) sənədinə əsasən seçiləcək.


Marağı İfadə edən Sənədin təqdim olunması üçün qeyd olunmuş son tarixə qədər Maraqlı olan məsləhətçilər iş günləri saat 11:00-dan 17:00-a qədər aşağıdakı ünvanda əlavə məlumat əldə edə bilərlər.

Marağı İfadə edən Ərizələr 01 sentyabr 2013-cü il saat 18:00-dək aşağıdakı ünvana çatdırılmalıdır.

Ünvan:

Səhiyyə Nazirliyi yanında Səhiyyə Sektorunda İslahatlar Layihəsi

H. Zərdabi küç. 96, Bakı, Az1122, Azərbaycan

Tel: +994-12-431-1968



Faks: +994-12-431-1937

Elektron ünvan: office@hsrp.az
Yüklə 57 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin