19
toplaşmışdı. Nadir qurultay iştirakçılarına müraciət edərək « hər kəsi Iran
şahlığına, ölkənin sülh və əmniyyətinin qorumasına, xalqın rifahını təmin
etməyə daha layiq bilirsiniz onu seçin. O (Nadir), indi Allahın köməyi ilə
Iranı düşmənlərin işğalından azad edib, onları Iran mərzlərindən qovubdur.
Indi qocaldığına və yorğunluğuna görə dincəlmə ehtiyacı var.»
Uzun müzakirələrdən sonra qurultay iştirakçılarının böyük əksəriyyəti
yalnız Nadirin şahlığa layiq olduğunu bildirdilər (Əlbəttə bu Nadir tərəfindən
hazırlanmış bir oyun idi.). Müzakirələr zamanı Səfəvilərin son nümayəndəsi
şah III Abbasın ölüm xəbəri də gəlib çıxdı. Qurultay iştirakçılarının
«təkidini» qəbul edən Nadir 3 şərtlə şah olmağa razılıq verdi. Birinci
bundan sonra Şah Təhmasib və onun uşaqlarına tərəfdar olmayasınız,
əgər bundan sonra Səfəvilərdən biri meydana çıxsa onu müdafiə etməyib
tutub zindana atasınız… Ikinci şiə məzhəbi ilə yanaşı sünnü məzhəbinə də
hörmət olunsun, bundan sonra Ömərə, Osmana lənət oxunmasın, bu
barədə heç nə yazılmasın, ondan otəri ki, bu iki məzhəb iki millət arasında
çoxlu qan tökülməsinə səbəb olmuşdur... Iman Cəfəri-Sadiqin yolunu
unutmayasınız. Üçüncü məni şahlığa qəbul edirsinizsə, gərək and içəsiniz
məndən sonra mənim uşaqlarıma, ailəmə hörmətsizlik etməyib, onlara tabe
olacaqsız.
Nadirin qoyduğu şərtlər qurultay iştirakçıları tərəfindən qəbul edildi.
Nadir 1736-
cı il fevralın 26-da taxta oturdu və şah elan edildi.
Dostları ilə paylaş: