Азярбайъан республикасы дахили ишляр назирлийи



Yüklə 329,84 Kb.
Pdf görüntüsü
səhifə1/14
tarix14.12.2023
ölçüsü329,84 Kb.
#176726
  1   2   3   4   5   6   7   8   9   ...   14
286 azerbaycan tarixi m N9 1azerbaycan xviii esrde




AZƏRBAYCAN RESPUBLİKASI DAXİLİ İŞLƏR NAZİRLİYİ 
P O L İ S A K A D E M İ Y A S I 



KAFEDRA: «İctimai elmlər» 


FƏNN: «Azərbaycan tarixi» 


FAKÜLTƏ: Əyani

 
 
 
MÜHAZİRƏ 
 

MÖVZU:№9/1 «
AZƏRBAYCAN XVIII ƏSRDƏ
» 


 
 


Vaxt-2 saat
 
 
 

Tərtib etdilər
: «İctimai elmlər»
kafedrasının baş
müəllimi, polis leytenantı
Rəşad Qasımov 

«İctimai elmlər»
kafedrasının müəllimi, 
polis 
baş leytenantı
Rəhim Məcnunov
 
 
 
 
Mühazirə kafedranın iclasında müzakirə edilib və bəyənilib. 
Protokol № ____ “________” ______________ 2013-cü il
 
 
 
 
BAKI 2 0 1 3 
 
 


2
 
MÖVZU № 
9/1 
«
AZƏRBAYCAN XVIII ƏSRDƏ
»
 
PLAN 

GİRİŞ

 
 
1. 
XVIII əsrin əvvəllərində Azərbaycanın daxili vəziyyəti. 
Azərbaycan torpaqlarının Rusiya və Osmanlı dövlətləri 
tərəfindən işğal edilməsi. 
2. 
Azərbaycan torpaqlarının azad edilməsi.
3. 
Azərbaycan Nadir şahın hakimiyyəti dövründə. 


NƏTİCƏ: 
 
Ə D Ə B İ Y Y A T: 
 
1. 
Azərbaycan tarixi. Dərslik.(S. Əliyarlının red. ilə). Bakı, 1996, 2009 
səh.460-569
2. 
Azərbaycan tarixi. Dərslik. I cild. Bakı,1994
3. 
Şükürov K. Azərbaycan tarixi. (Üç hissədə) I hissə. Bakı,2004 
4. 
Azərbaycan tarixi, 7 cilddə. Bakı, 1998, 2007. III cild. səh.347-485 
5. 
Bakıxanov A. Gülüstani-İrəm. Bakı, 1990 
6. 
Əliyev F. XVIII əsrin birinci yarısında Azərbaycanda ticarət. Bakı, 
1964 
7. 
Qarabağnamələr. I-II-III cildlər. Bakı, 2006,
8. 
Əliyev F. Əliyev M. Naxçıvan xanlığı. Bakı, 1996 
9. 
Hüseynov Y. Qarabağnamələr Azərbaycan tarixini öyrənmək üçün 
mənbə kimi. Bakı, 2007 
10. 
İrəvan xanlığı. Bakı,2010 
11. 
İsmayıl M. Bağırova M. Şəki xanlığı. Bakı, 1997 
12. 
Mustafayev T. XVIII yüzillik-XIX yüzilliyin əvvəllərində Osmanlı-
Azərbaycan münasibətləri. Bakı,2002 
13. 
Mustafayev T. Quba xanlığı. Bakı, 2005 
14. 
Tahirzadə Ə. Nadir şah Əfşar. Bakı, 2005 


3
GİRİŞ 
 
XVIII əsrin əvvəllərində tərkibinə bir çox ölkələrlə yanaşı, 
Azərbaycanın da daxil olduğu Səfəvi dövlətinin ağır günlərində şah Sultan 
Hüseyn kömək almaq üçün Rusiyaya müraciət edir. Beləliklə, Xəzərsahili 
əyalətlərə yürüş etmək üçün zəmin yarandı.
Səfəvi dövlətin zəifləməsindən istifadə edən Osmanlı imperiyası da 
öz qoşunlarını Cənubi Qafqaza doğru yeritdi. 1722-1723-cü illərdə 
Azərbaycanın Xəzərsahili əyalətləri Rusiya tərəfindən işğal edildi. Lakin 
türklərlə müharibəyə girişməyi istəməyən Rusiya bir qədər götür-qoydan 
sonra Osmanlı imperiyasına bu bölgəni bölüşdürmək barədə müqavilə 
bağlamağı təklif etdi. Müqaviləyə əsasən Türkiyə tərəfi Rusiyanın işğal 
etdiyi 
Xəzərsahili əyalətləri Səfəvilər tərəfindən "Rusiyaya güzəşt edilmiş 
kimi" təsdiq etdi. Rusiya tərəfi isə öz növbəsində Türkiyə tərəfindən Qərbi 
Qafqazın və Cənubi Azərbaycanın işğalına etiraz etməyəcəyini bildirdi. 
Paytaxt Isfahanla birlikdə Iraq, Fars, Xorasanın Əfqanların,
Azərbaycanın yarıdan çoxunun, Gürcüstan və Ermənistanın Osmanlı 
imperiyasının, Xəzərsahili ərazilərin Çar Rusiyasının əlinə keçməsi Səfəvi 
hakim dairələrini hərəkətə gətirdi. Bu qüvvələrin və ərazilərin 
birləşdirilməsində Nadirqulu xan (1689-1747) böyük rol oynadı. Nadir 1736-
cı il fevralın 26-da taxta oturdu və şah elan edildi.
M
övzunu öyrənərkən qarşımıza qoyduğumuz əsas vəzifə XVIII əsrin 
əvvəllərində Azərbaycanın daxili vəziyyəti, Azərbaycan torpaqlarının 
Rusiya və Osmanlı dövlətləri tərəfindən işğal edilib bölüşdürülməsi, bu 
torpaqların işğalçılardan azad edilməsi və Azərbaycanın Nadir şahın 
hakimiyyəti dövründə siyasi, sosial-iqtisadi münasibətlərinin və mədəni 
ink
işaf səviyyəsinin araşdırılmasıdır. 


4

Yüklə 329,84 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin