Азярбайъан республикасы дахили ишляр назирлийи


Xarici işğalçılara qarşı xalq azadlıq mübarizəsi. Ərazisi



Yüklə 329,84 Kb.
Pdf görüntüsü
səhifə7/14
tarix14.12.2023
ölçüsü329,84 Kb.
#176726
1   2   3   4   5   6   7   8   9   10   ...   14
286 azerbaycan tarixi m N9 1azerbaycan xviii esrde

Xarici işğalçılara qarşı xalq azadlıq mübarizəsi. Ərazisi 
iki iri 
imperiya arasında bölüşdürülmüş Azərbaycanın xalq kütlələri yadelli 
əsarətinə tabe olmaq istəmir, kəskin müqavimət göstərirdi. Mübarizənin 
passiv formaları vergi və mükəlləfiyyətləri ödəməkdən imtina, yaşayış 
yerlərini tərk etmək idi. Bir çox sakinlər rusların işğal etdiyi ərazidən 
osmanlıların işğal bölgəsinə və ya əksinə qaçırdılar.
Xalq azadlıq hərəkatının fəal formaları düşmən hissələrinə partizan 
basqınları və kütləvi xalq azadlıq üsyanlarından ibarət idi.
1724-
cü ilin yayında Salyanda Rusiya əleyhinə çıxış baş verdi. 
Salyandakı bütün rus zabitləri, podpolkovnik Zimbulatov başda olmaqla, 
Salyan naibi Məhəmmədhüseyn bəyin yanına qonaq çağırılıb öldürüldülər. 
Salyan hakimləri, o cümlədən keçmiş Salyan xanının dul qadını Fatimə 
xanım mahalın bütün sərvətlərinin rus hakimiyyəti orqanlarının əlində 
cəmləşməsindən narazı idi.
1727-ci 
il
də Muğan hakimi Ramazan Osmanlı və rus 
hakimiyyətlərinə 
qarşı 
çıxış 
etməyə 
cəhd 
göstərdi, 
lakin 
müvəffəqiyyətsizliyə uğrayaraq həbs olundu.
1726-
cı ildə şəqqaqi və şahsevən tayfaları Osmanlı hakimiyyətinə 
qarşı üsyan etdilər. Əbdürrəhman paşa qiyamçı tayfaları sakitləşdirə bildi. 
1727-
ci ilin sonunda Qaradağda böyük xalq azadlıq hərəkatı baş verdi. 
Üsyana başçılıq edən Əbdürrəzaq xan şahsevənlərlə Osmanlı 
hakimiyyətinə qarşı birgə mübarizə haqqında razılığa gəldi. Tezliklə 
şahsevənlər və muğanlı tayfası da Əbdürrəzaq xana qoşuldular. Təbriz 
hakimi 1728-
ci il yazın əvvəllərində Əbdürrəhman paşanı 20 min nəfərlik 
qoşunla üsyançılara qarşı göndərdi. Mənbələrin məlumatına görə, sayı 40 
min nəfər çatan üsyançılar Osmanlı qoşununu darmadağın etdilər və 
Ərdəbili mühasirəyə aldılar. Lakin 1728-ci il avqustun əvvəllərində 
Osmanlılar Ərdəbil yaxınlığında üsyançıları məğlub etməyə nail oldular. 
1728-ci ilin sonu, 1729-
cu ilin əvvəllərində Muğan çölündə üsyançılar daha 
bir ağır məğlubiyyətə uğradılar, Əbdürrəzaq xan əsir alındı və edam 
olunmaq üçün Istanbula aparıldı.
Üsyançılar mübarizəni dağınıq halda xeyli davam etdirdilər. Yalnız 
1729-
cu ilin yayında onların müqaviməti qəti qırıldı.
1730-
cu ildə astaralı Musa xan ruslara qarşı qiyam qaldırdı və 
Osmanlı işğal zonasına keçdi. Lakin bir müddətdən sonra geri qayıtdı. 

Yüklə 329,84 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin