11
Təbrizə yaxınlaşan türk əsgərləri şəhər əhalisi tərəfindən
məğlubiyyətə uğradıldılar. Bu hadisədən sonra Osmanlı əsgərləri Təbrizə
daxil olmaq üçün dəfələrlə cəhd göstərdilər. Lakin hər dəfə təbrizlilərin ciddi
müqavimətinə rast gəldilər. Şəhəri ala bilməyən
rəqib geri çəkilməyə
məcbur oldu.
Sonsuz siyasi, ictimai sarsıntılardan cana doymuş, möhkəm
hakimiyyət arzusunda olan bir sıra yerlərin
sakinləri könüllü surətdə
Osmanlı hakimiyyətini qəbul edirdilər. Məsələn, Naxçıvan və Ordubad
şəhərləri türklərin əlinə keçdi. Borçalı və Qazax könüllü olaraq Osmanlı
hakimiyyətini qəbul etdi.
1725-
ci ilin mayında Təbriz uğrunda döyüşlər yenidən başlandı.
Başda Abdulla Köprülü paşa olmaqla türk əsgərləri yenidən Təbriz şəhərinə
yaxınlaşdılar. Istənilən nəticə əldə edə bilməyən Osmanlı qoşunları
sərkərdəsinin əmri ilə şəhər top atəşinə tutuldu. Təbriz şəhəri demək olar
ki, iki ay bu vəziyyətdə qaldı. Nəhayət, hərbi texnika və qoşunların
sayca
üstünlüyü özünü göstərdi. Təbrizlilər şəhəri təhvil verməzdən öncə Osmanlı
komandanlığından ailələri və silahları ilə birlikdə şəhəri tərk etmək üçün
icazə aldılar.
Təbrizi aldıqdan sonra Osmanlı əsgərləri 1725-ci ilin avqustunda
Gəncə şəhərini ələ keçirdilər.
1725-
ci ilin sonlarında Osmanlı əsgərləri Azərbaycanın
sonuncu
istehkamını, Istanbul müqaviləsinə görə, Osmanlı işğal zonasına daxil
olmayan Ərdəbil şəhərini də almağa müvəffəq oldular. 1725-ci il dekabrın
18-
də Ərdəbil şəhərinin alınması Istanbulda atəşfəşanlıqla qeyd edildi.
Beləliklə, Istanbul müqaviləsindən sonra Azərbaycanın
böyük bir
ərazisi Türkiyə tərəfindən zəbt edildi. Azərbaycanın Xəzərsahili əyalətləri
isə Rusiya dövlətinin hakimiyyətində qaldı.
Dostları ilə paylaş: