12
Xəzərsahili əyalətlərdə yetişdirilən xam ipəyə daha çox əhəmiyyət
verirdilər. Rusiyanın rəsmi dairələrində belə rəy yaranmışdı ki, Şirvanın elə
bir kəndi yoxdur ki, orada ipəkçiliklə məşğul olunmasın. Şirvanın
ipəkçiliyindən istifadə edərək I Pyotr xam ipəyi bir sıra Qərbi Avropa
ölkələrinə,
o cümlədən Ingiltərəyə, Hollandiya, Fransa və Polşaya ixrac
etmək fikrində idi.
Öz mövqeyini işğal etdiyi əyalətlərdə möhkəmləndirmək məqsədilə
rus komandanlığı Bakı, Astara, Salyan və Niyazabadda
istehkamlar inşa
etməyi qərara aldı. Rus mütəxəssisləri Kür çayında gəmiçiliyin inkişafı və
buradan balıqçılıq məqsədilə istifadə edilməsi üçün tədbirlər hazırladılar.
Rus komendantlığının həyata keçirdiyi siyasət Bakıda və
ümumiyyətlə Xəzərsahili münbit torpaqlarda məskunlaşmağa can atan
ermənilər üçün bir fürsət idi. I Pyotra müraciətlə "yeni əldə olunmuş
torpaqlarda", xüsusilə Bakıda onlar üçün yer ayırmağı xahiş etdilər.
Ermənilərin müraciəti Pyotrun ürəyindən oldu. Onsuz da bu yerlərdə o, ilk
növbədə xristianları, xüsusilə ticarət aləmində fəallıq göstərən erməniləri
görmək istəyirdi. Rus tarixçisi P.Butkov yazır ki, 1724-cü
il Istanbul
m
üqaviləsindən sonra I Pyotr briqadir Rumyantsevə tapşırmışdı ki,
erməniləri Xəzərsahili əyalətlərdə istədikləri şəhərlərdə yerləşdirmək
gərəkdir, lazım gələrsə, yerli əhalini qovub, erməniləri həmin yerlərdə
məskunlaşdırsın.
Pyotr 1724-
cü il noyabrın 14-də general-mayor
Kropotova xüsusi
əmr vermişdi. Əmrdə deyilirdi: "Erməni xalqı bizdən xahiş etmişdir ki, biz
onları öz himayəmizə qəbul edib torpaqlar ayıraq, ona görə də sizə
tapşırıram ki, əgər erməni xalqı bəyəndiyi yerdə yaşamaq istəsə, ona
kömək
edib ləyaqətlə qoruyun, elə rəftar edin ki, onlardan heç bir şikayət
eşidilməsin, çünki biz burada erməni xalqını imperatorluq qayğısı ilə əhatə
edib, öz himayəmizə götürmüşük".
Lakin bununla belə, Rusiyanın yeni torpaqlardan götürüləcək gəlirə
bəslədiyi ümidi özünü doğrultmadı. Buradan əldə edilən gəlir nə rus piyada
və süvari qoşunlarının, nə də gəmilərinin xərcini ödədi.
Buna görə də I Pyotrun sağlığında bu barədə
bir kəlmə belə deməyə
cəsarəti çatmayan məmurlar imperatorun ölümündən sonra (1725)
Xəzərsahili əyalətlərdən əl çəkməyi tələb etməyə başladılar.
Rusiya ilə Türkiyə dövlətlərinin nümayəndələri öz aralarında sərhəd
xəttini müəyyən etmək qərara aldılar.
Hər iki dövlət nümayəndələrinin imzaladığı Nabur sazişinə əsasən
1726-
cı ildən başlayaraq rus qoşunları silah işlətmədən Müşkür,
Niyazabad, Cavad, Salyan, Lənkəran, Astara, Qızılağac, Talış dağlarının
bir hissəsini tutdular. 1727-ci
ildə onlar Şeşpara, Rustov, 1728-ci ildə isə
Quba və Təngiyə sahib oldular.
Dostları ilə paylaş: