13
ərazisi, adətən, əvvəllər mövcud olan bəylərbəyiliklərin ərazisinə uyğun
gəlirdi. Ancaq Gəncə vilayətinin ərazisi keçmiş Qarabağ (Gəncə)
bəylərbəyiliyinin ərazisinə nisbətən xeyli kiçik idi. Qazax sancaqlıq kimi
qonşu
Tiflis vilayətinin, Göyçə gölünün şimal-şərqində yerləşən Lori,
Pəmbək isə Irəvan vilayətinin tərkibinə daxil edilmişdi.
Sancaqlıqların ərazisi əvvəlki
ölkələrin,
bəzi hallarda
mahalların
ərazisinə uyğun gəlirdi. Sancaqlıqlar
öz növbəsində
mahallara
və
nahiyələrə
bölünürdü. Nahiyələr də, adətən, bir neçə kənddən ibarət olan
qəriyələrə
ayrılırdı.
Vilayətlərdə ali hərbi-inzibati, həmçinin
siyasi hakimiyyət hərbi
dövrdə
sərəsgər,
dinc vaxtlarda isə
mühafız
adlandırılan Osmanlı,
sərkərdələrinə məxsus idi. Sancaqbəyilər, mahal və nahiyə naibləri isə
əsasən yerli feodallardan təyin olunurdu.
Kür çayından Şimaldakı Azərbaycan torpaqları xüsusi statusa malik
idi. Bu ərazilər vassal hakimlər tərəfindən idarə olunurdu. Məsələn, paşa
rütbəsi almış Əli Sultan Şəki vilayətinin
hakimi vəzifəsinə təsdiq
olunmuşdu. Ərəş və Qax da vassal mülkləri idi.
Osmanlı hakimiyyəti dövründə Azərbaycanda aqrar münasibələrin
məzmununda ciddi dəyişiklik baş verməmişdi. Divani və xass torpaqları
vahid
miri
torpaqları kateqoriyasına daxil edilmişdi. Osmanlı hakimiyyətinə
loyal münasibət bəsləyən mülkədar və tiyuldarların mülkiyyət hüququna
toxunulmurdu. Itaətsizlik göstərənlərin torpaqları isə müsadirə olunub,
osmanlı döyüşçülərinə paylanır, yaxud satılırdı.
Osmanlı hakimiyyət orqanları işğal
olunmuş yerlərdə əhalinin
siyahısını tutub hər sancaqlıq, vilayət üçün vergi qanunnaməsi tərtib
edirdilər. Xüsusi vergi dəftərlərində kişi əhalisi və vergilər əks olunurdu.
1727-
ci il "Gəncə vilayəti Qanunnaməsi"ndən göründüyü kimi, əhali
üşr,
bəhrə, rəsmi-bağ
(bağpulu),
rəsmi-bostan
(bostanpulu),
rəsmi-rəqan
(sağılan inəklərə görə hesablanırdı
rəsmi-əqnam
(yay və qış otlaqlarından
istifadəyə görə alınırdı
rəsmi-asiyab
(dəyirmana görə),
rəsmi-ispəncə
(can
vergisi -
Səfəvilər dövründəki
səranə -
başpulu vergisinə uyğun gəlirdi) və
digər vergilər, mükəlləfiyyətlər ödəyirdi. Çox ağır vəziyyətdə olan sakinlərin
güzəranını bir qədər yaxşılaşdırmaq üçün
rəsmi-arusanel
(gəlin üçün
alınan vergi),
tapuyi-zamin
(üstündə yardımçı obyektlər yerləşdiyinə və
başqa səbəblərə görə becərilməyən torpaqdan alınan vergi) kimi bəzi
vergilər müvəqqəti olaraq alınmırdı. "Naxçıvan dəftəri" ndən məlum olur ki,
Osmanlılar qadınları, uşaqları qocaları, şikəstləri, xəstələri, həmçinin zehni
əməklə məşğul olan şəxsləri vergilərdən azad ediblərmiş.
Ticarət və sənətkarlıqda Səfəvilər dövründə alınan vergilər olduğu
kimi saxlanmışdı. Bir sıra hallarda Osmanlı hakimiyyət orqanları
vergilərin
yığılmasını müqatiəyə verirdilər. Osmanlılar Təbrizdəki zərbxananın işini
qaydaya salmağa çalışırdılar. Hərbi əməliyyatlar nəticəsində tənəzzülə
uğramış ticarəti canlandırmaq üçün bəzi tədbirlər görülürdü. Araz çayı,
Arpaçayın yataqları təmizlənərək gəmiçilik üçün yararlı hala gətirilmişdi.
14
Osmanlı ordusunda xidmət edən yeniçərlərin bir çoxu qayda-qanunu
pozur, yerli sakinləri qarət edirdilər. Osmanlı hakimiyyət orqanları
yeniçərlərin özbaşınalığının qarşısını almağa çalışsalar da, bəzən buna nail
olmurdular.
Dostları ilə paylaş: