21
1735-
ci ildə Gəncəni tutduqdan sonra Nadir Qarsa hərəkət etmişdi.
Qars tutulduqdan sonra 6000 erməni ailəsi Xorasana köçürülmüşdü. Tiflisi
tutduqdan sonra 6000 gürcü ailəsi də Xorasana köçürülmüşdü.
Nadir şah seçildikdən sonra Gəncə bəylərbəyisi Uğurlu xan
zəiflətmək üçün Qarabağın elat əhalisi—Kəbirli, Cavanşir və Otuzikiləri
Xorasana sürüb Sərəxs torpağında məskun etmişdi.
Sonralar Pənah xan
Qarabağda və Qəbələ ətrafında Nadir şaha qarşı çıxış edərkən cavanşir eli
tamamilə sürgün edilmişdi.
Aqrar siyasət.
Nadir şahın daxili siyasətinin əsas tərkib hissəsindən
birini aqrar siyasəti təşkil edirdi. Aqrar islahat mərkəzi dövlət hakimiyyətinin
möhkəmlənməsini və feodalların separatçılığının aradan qaldırılmasını
təmin etməli idi. Aqrar islahat dövlət və xassə torpaq fondunun artmasına,
ayrı-ayrı feodalların siyasi və iqtisadi mövqeyinin zəiflədilməsinə
yönəlmişdi. Nadir şahın hakimiyyəti illərində torpaq kadastrı tərtib edilmişdi.
Bu kadastrda ölkə ərazisindəki bütün münbit torpaq fondu müəyyən
edilmişdi.
Mənbələrin məlumatına əsasən hakimiyyətə gəldikdən sonra Nadir
şah şəhər və kəndlərin iqtisadi vəziyyətini
nəzərdən keçirdikdən sonra
torpaqların abadlaşdırılması və dağıdılmış suvarma sisteminin qaydaya
salınması haqqında əmr vermişdi. Ayrı-ayrı ərazilərdən kəndlilər tərk
edilmiş torpaqlara köçürülür və bu torpaqları əkib becərirdilər. Nadirin
fərmanı ilə bu torpaqlar dövlət torpaqları fonduna daxil edilirdi.
Dövlət torpaq fondu ayrı-ayrı iri feodallar əmlakının müsadirəsi
hesabına da artırdı. Bu barədə mənbələrində xeyli məlumatlar vardır.
Cənubi Azərbaycanda böyük torpaq sahiblərindən
biri olan Səməd bəy
Təbrizinin əmlakı müsadirə olunmuş özü isə edam edilmişdi.
Dövlət torpaqları nəzərə çarpacaq dərəcədə bir sıra tayfaların
əraziləri (ölkə) hesabına artmışdı. Belə torpaqların tayfalardan müsadirə
yollarından biri köçəri adamların rəiyyətə çevrilməsidən ibarət idi. Bu
tədbirlər bəzən elat tayfalarının məcburi şəkildə öz ərazilərinə təhkim
edilməsi ilə həyata keçirilirdi. Bu zaman onlar dövlət mükəlləfiyyəti hesab
edilən əkinçiliklə məşğul olmalı idilər. Bəzi hallarda isə tayfa torpaqları
xəzinə hesabına müsadirə edilirdi. Belə hallarda
həmin ərazidə yaşayan
əhali torpaqların icarədarlarına çevrilirdilər. Nadir şahın aqrar siyasətinin bu
istiqaməti əslində yarım köçəri həyat tərzini pozur, ölkə sahibi olan
yarımköçəri tayfaları oturaq həyat tərzi xüsusiyyətlərinə alışdırır və yeni
abad yaşayış məskənləri salınırdı.
XVIII əsrin 30-40-cı illərində Nadir şahın dövlət torpaqları
fondunun
artırılması tədbirlərindən biri də şəxsi mülklərin satın alınması idi.
Şah Sultan Hüseynin vaxtında verilmiş vəqf torpaqlarının çoxu dövlət
torpaqları ilə məşğul olan idarələrə verilmişdi. Burada götürülən gəlir
ordunun təminatına sərf olunmalı idi. Mənbələrin məlumatına əsasən vəqf
əmlakının müsadirəsi xəzinəyə bir milyon tümən gəlir vermişdi. Nadir şahın
vəqflə bağlı bu addımı ali şiə ruhanilərinin ciddi narazılığına səbəb
olmuşdu.
22
1736-
cı ildə taxta oturduqdan sonra Nadir şah Səfəvi sarayında
mövcud olan bir sıra vəzifələri—qullar ağası, etimad-əd-dövlə, qorçubaşı,
eşik-ağası və s. vəzifələri ləğv etmişdi. Bu vəzifə
sahiblərinin hər birinə
xəzinədən tiyul şəklində böyük əyalətlər verilirdi. Vəzifələr ləğv edildiyindən
həmin tiyul sahələri də ləğv olunaraq xəzinə torpaqlarına qatılmışdı.
Vilayət hakimlərinə, hərbi vəzifədə olanlara və dövlət məmurlarına
xəzinədən müəyyən miqdarda pul və ya ərzaq şəklində məvacib ayrılması
həmin adamların mərkəzi hakimiyyətdən asılı hala düşməsinə xidmət
edirdi.
Nadir şahın bu addımı feodal və dövlət məmurların özündən asılı
hala düşmələrinə və mərkəzi hakimiyyəti müdafiə etmələrinə yönəlmişdi.
Dostları ilə paylaş: