24
şərti böyük diskusiyaya səbəb oldu və onun Iran və Türkiyənin din
xadimlərinin birgə müzakirəsinə verilməsi qərara alındı. 1736-cı il
sen
tyabrın 28-də Türkiyə ilə Iran arasında müqavilə imzalandı və Osmanlı
sarayı Nadirin şah seçilməsini tanıdı.
1736-
cı ilin sentyabrında Istanbuldan çıxan Osmanlı elçiliyi 1738-ci
ilin mayında Nadir şahın sarayına gəldilər. Türkiyə sultanı Nadirə yazdığı
məktubda dinlə bağlı şərtin qəbul edilməməsi üçün üzürxahlıq edirdi. Nadir
Osmanlı elçisinə dini məsələyə aid şərtlərin
əsas olduğunu bildirərək
danışıqların başa çatmadığını bildirdi. Beləliklə iki ölkə arasında münaqişə
tam şəkildə başa çatmadı.
Sonrakı illər ərzində Nadir şah Türkiyəyə elçilər göndərərək sultan
tərəfindən dini məzhəblə bağlı şərtlərin qəbul olunması tapşırığını verirdi.
Lakin sultan yenə də məktub göndərərək bu tələbləri qəbul edə bilmədiyi
üçün üzürxaxlıq edirdi.
Nadir şahın Osmanlı imperiyası ilə dostluq
münasibətləri qurmaq
istəyi müsbət nəticə vermədi. Hərbi əməliyyatlar 1746-cı ilə qədər davam
etdi. 1744-1746-
cı illərdə olan hərbi əməliyyatlarda Türkiyənin üstünlüyü
nəzərə çarpsa da, Nadir şah da bir neçə döyüşlərdə qələbə çalmışdı. Qeyd
etmək lazımdır ki, bu zaman beynəlxalq vəziyyət və feodal qruplarının
mərkəzədənqaçma meyilləri Nadirə müharibəni
davam etdirməyə çətinlik
törədirdi. Buna görə də Nadir Osmanlı dövləti ilə sülh bağlamağa razı idi.
Tərəflər arasında 1746-cı il sentyabrın 4-də Kürdanda (Tehran
yaxınlığında) sülh müqaviləsi imzalandı. Nadir şah öz vəziyyətinin
çətinliyini başa düşdüyü üçün ilk dəfə olaraq Cəfəri məzhəbinin tanınması
təklifini irəli sürmədi. Müqavilədə əsas üç şərt var idi. Birinci, Türkiyə Nadir
şahın təbəələrinin Məkkə ziyarətinə Bağdad və ya Suriyadan maneəsiz
getmələrinə icazə verməli və yolda onları himayə etməli idi. Ikincisi hər iki
dövlət bir-birinə diplomatik nümayəndəlik göndərməli idi. Üçüncüsü isə hər
iki tərəfdən olan əsirlər geri qaytarılmalı idi.
Bu müqaviləyə olunan
əlavələrdə Məkkə ziyarətinə gedənlərdən vergilərin alınmasını nizama
salırdı.
Dostları ilə paylaş: