23
dövrün ağır vergilərindən idi. 1741-ci ildə Nadir şah Dağıstana
yürüşə
hazırlaşarkən 100 minlik ordunun bütün xərci yerli əhalinin üzərinə
düşmüşdü. Nadir şah əvvəlki illər ərzində alınmayan vergilərin toplanmasını
əmr etmişdi.
Nadir şahın apardığı islahatlar nə qədər dövlət maraqlarına xidmət
etsə də onu idealizə etmək olmaz. Nadir şahın hakimiyyətinə qarşı baş
vermiş üsyanlar bunu sübut edir. Vergilərin artırılması,
əhalinin
köçürülməsi, böyük xərc tələb edən işğalçı yürüşlər xalqın vəziyyətini
olduqca pisləşdirmişdi. Azərbaycanda XVIII əsrin 30-40-cı illərində Nadir
şahın hakimiyyətinə qarşı geniş xalq çıxışları başlamışdı.
Dostları ilə paylaş: