Azərbaycanda Nadir şahın hakimiyyətinə qarşı üsyanlar.
Antiiran
çıxışlarının ilk əlamətləri XVIII əsrin 30-cu illərinin birinci yarısında, Iran-
Türkiyə müharibəsinin gedişi dövründə meydana çıxsa da, bu çıxışlar öz
zirvəsinə XVIII əsrin 30-cu illərinin ikinci yarısı 40-cı illərin əvvəllərində
çatdı. Xalq hərəkatının əsas səbəbi amansız hərbi-feodal diktatura
rejiminin qurulması, feodal istismarının görünməmiş həddə çatması, şah
ordusunun Azərbaycanda dəfələrlə cəza ekspedisiyaları təşkil etməsi ilə
bağlı idi.
Azərbaycanda xalq mübarizəsinin əsas xarakterik xüsusiyyəti
istiqlaliyyət və feodal istismarına qarşı mübarizənin qovuşmasından ibarət
idi. Artmaqda olan hərbi xərcləri ödəmək məqsədi ilə Nadir şah amansız
vergi siyasətinə əl atmışdı ki, bu da xalq kütləsinin onsuzda ağır olan
vəziyyətini daha da mürəkkəbləşdirmişdi. Azərbaycanda antiiran
hərəkatının özünəməxsus əlamətlərindən biri də hərəkat iştirakçılarının
25
sosial tərkibinin geniş olması idi. Xalq hərəkatında aşağı zümrənin bütün
təbəqələrindən başlayaraq feodallara qədər hamı iştirak edirdi.
Türkiyə və Iran qoşunlarının hücumları nəticəsində artıq 1736-cı ildən
Azərbaycanda aclıq tüğyan etməkdə idi. Aclıq və bahalıq haqqında
məlumat verən A. Kretasi yazır ki, təkcə Muğanda deyil, bütün Təbriz
vilayətində, Gəncə, Qazax, Lori, Gürcüstan, Naxçıvan və Irəvanda da çörək
çatışmırdı. Bir man buğda 300 tümənə satılırdı. Rusiya rezidenti Koluşkinin
20 dekabr 1737-
ci il tarixli məktubunda da aclıq və bahalığın tüğyan etməsi
barədə xəbər verilirdi.
Dözülməz yaşayış və yadelli ağalığa qarşı başlanmış xalq çıxışlarını
yatırmaq üçün Nadir cəza ekspedisiyaları göndərmək taktikasına əl atdı.
1737-
ci ildə Azərbaycana 20 minlik qoşunla gələn Nadirin qardaşı Ibrahim
xan Car, Tala, Muxax əhalisinin çıxışlarının əvvəlcə danışıqlar yolu ilə
sakitləşdirməyə müvəffəq olsa da, 1737-ci ilin yayında yenidən çaxnaşma
baş verdi. Ibrahim xan tərəfindən məğlub edilən dəstələr Dağıstana
çəkilərək gizləndilər. 1738-ci ildə 30 minlik qoşunla çaxnaşma ocağını
söndürmək üçün Ibrahim xan Car istiqamətində yürüşə başladı. Ibrahim
xanın Car yürüşü haqqında yürüş iştirakçısı Iran tarixçisi Məhəmməd
Kazım məlumat verir. Onun məlumatına görə Car və Tala əhalisi
Gürcüstan, Qarabağ və Şirvan qoşunlarının da iştirak etdiyi güclü Iran
ordusunun hücumunu eşidib kömək üçün Qazıqumıq hakimi Surxay xan və
Tabasaran üsmisilə müraciət etdilər. Tezliklə Tabasaran, Xınalıq, Ağzıpara
və Kurakidən Car əhalisinə 20 minlik yardım gəldi. Üsyancıların biləşmiş
qüvvələrinə Divanə Ibrahim və Xəlil başçılıq edirdi. Tərəflər arasında ilk
toqquşma nizami Iran ordusunun üstünlüyü ilə başa çatdı. Üsyançıların
qüvvəsini lazımınca qiymətləndirməyən Ibrahim xan düşməni bir zərbə ilə
aradan götürmək fikrinə düşdü. Canik dağı yaxınlığındakı dar bir dərədə
Ibrahim xanın qoşunları tələyə düşdü. Iran ordusunun böyük bir hissəsi
başda Ibrahim xan olmaqla məhv edildi, sağ qalanlar isə qaçmaqla
canlarını qurtardılar.
Car üsyanı və qardaşı Ibrahim xanın ölüm xəbərini Hindistanda
eşidən Nadir şah 1739-cu ildə Abdal Qəni xanın başçılığı altında
Azərbaycana cəza dəstələri göndərdi. Qəni xan öz qoşunlarını Cənubi
Azərbacan, Xorasan və Gürcüstanın hərbi dəstələri ilə gücləndirərək 1741-
ci ilin fevralında Alazan vadisinə yaxınlaşdı. Iran qoşunları çətinliklə olsa da
üsyançıların müdafiə istehkamlarını ələ keçirdilər və bir neçə ay ərzində
Car və Tala kəndlərini qarət etdilər. Sağ qalan əhali qaçıb dağılışdılar,
yaşayış məskənlərində heç bir həyat əlaməti qalmadı.
1741-
ci ilin yazında Orta Asiyaya yürüşünü başa vuran Nadir şah 100
minlik ordu ilə Şimali Azərbaycan və Dağıstana yürüşə başladı. Bu böyük
ordunun bütün xərcləri yerli əhalinin üzərinə düşürdü. Nadir bütün vergi
imtiyazlarını ləğv edərək, çox böyük qəddarlıqla ötən illərdən qalmış vergi
borclarının toplanmasına başladı. Ordunun ləng hərəkətini görən Nadir
Fətəli xan başda olmaqla yüngül süvari ordusunu Cara göndərdi. Dağlarda
gizələnmiş üsyançılarla ilk döyüş Fətəli xanın məğlubiyyəti ilə başa çatdı.
26
Irandakı rus diplomatlarının məlumatına görə, bu döyüşdə Iran tərəfi iki min
nəfər itirdi.
1741-
ci il yayın əvvəlində Şamaxıya gələn Nadir Heydər bəyin
başçılığı ilə 10 000 nəfərlik dəstəni üsyançıların arxasınca göndərərək, özü
isə 35 000 qoşunla Bərdə, Qələbə və Şahdağ istiqamətindən Qazıqumıqa
doğru hərəkət etdi. Iran ordusu üsyançıları elə bir vaxda yaxaladı ki,
rəhbərlik arasında ixtilaf yaranmışdı. Buna görə də Iran qoşunlarının ilk
hücumlarına davam gətirməyərək dağlara dağılmışdılar və Nadirin
qoşunlarının irəliləməsi üçün yol açıldı. Iran ordusu üsyançıların ailəsinə
divan tutdu. Öz xalqlarına xəyanət edən Surxay xan, Tarku şamxalı,
Tabasaran üsmisi Nadirin hüzuruna gələrək əhv olundular.
Feodalların xəyanəti dağlıların müdafiəsini sarsıtsa da, üçyançılar
silahı yerə qoymadılar. Geri çəkilən üsyançılar Iran qoşunlarını naməlum
yerlərə apararaq qəfildən onlara basqın edirdilər. Nadiri hər şeydən çox
üsyançı dəstələrinin gecə hücumları narahat edirdi. Əhali bütün ərzaq
ehtiyatını özü ilə apardığı üçün Nadirin ordusunda aclıq başlandı. Irəliyə
yürüşü dayandırılan Nadir şah Çox kəndi yaxınlığındakı Andail dairəsində
baş verən döyüşdə məğlubiyyətə düçar oldu. Qışın yaxınlaşması və aclıq
Nadiri müvəqqəti dayandırıb Şirvana qayıtmağa vadar etdi.
Cənubi Dağıstan və şimali-şərqi Azərbaycandakı üsyançılara qarşı
yönəlmiş 1741-1742-ci il kompaniyası Iran üçün çox ağır başa gəldi. Çox
kəndi yaxınlığında Iran ordusunun məğlubiyyəti xəbəri bütün Avropaya
yayıldı və Nadirin məğlubedilməzliyi haqqında mif dağıldı.
1743-
cü ildə Şimali Azərbaycanda Iran ağalığına qarşı daha bir
üsyan qalxdı. Şirvan əhalisi özünü Səfəvi sülaləsinin varisi elan edən
yalançı I Sam Mirzənin ətrafında toplandı. 1743-cü ildə Şirvanda bir-birinin
ardınca iki yalancı Sam Mirzə üsyanı baş verdi. Bu üsyanların əsas
hərəkətverici qüvvəsi xalq kütləsi olsa da, üsyanda bəzi yerli feodallar da
iştirak edirdi.
1743-
cü ilin əvvəlində Avarıstanda peyda olan I Sam
Mirzə belə bir məlumat yaydı ki, o, Sultan Hüseynin oğludur və Isfahanın
əfqanlar tərəfindən mühasirəsi zamanı etimadüddövlə Məhəməd
Mömincanın köməyi ilə paytaxtdan qaçmağa müvəffəq olmuşdur. Sam
Mirzə Gürcüstan və Krımda gizlənmiş, Nadirin Dağıstanda
məğlubiyyətindən sonra Avarıstana gəlmişdi. Sam Mirzənin ətrafına tezliklə
20 minə qədər adam toplaşdı və Qazıqumıq hakimi Surxay xan da ona
qoşuldu. Sam Mirzə və Surxay xan 15 minlik qoşunla yeni Şamaxını ələ
keçirdilər. Nadir şah oğlu Nəsrullah Mirzəni böyük ordu ilə Şamaxıya
göndərməklə yanaşı, yerli qarnizonları möhkəmləndirmək məqsədi ilə
Gəncə, Qarabağ, Çuxursəd, Əhər, Qaradağ və Muğana 10-20 minlik hərdi
hissələr göndərdi.
Sam Mirzə əhalini öz tərəfinə cəlb etmək üçün Nadir şahın müəyyən
etdiyi bütün vergiləri ləğv etməklə, xalq kütlələri arasında böyük populyarlıq
qazandı. Lakin Sam Mirzənin qələbələri uzun sürmədi. Qış qurtaran kimi
Şamaxıya yaxınlaşan Iran ordusu Nəsrullah Mirzənin başçılığı altında
Şirvan düzündəki döyüşdə üsyançıları məğlub etdilər. Sam Mirzə qaçarkən
27
ələ keçirilib qətlə yetirildi. Surxay xan isə Dağıstana qaçaraq gizlənə bildi.
Nəsrullah Mirzə Heydər xanı Şamaxı hakimi təyin etdikdən sonra geriyə
qayıtdı.
1743-
cü ilin payızında Şirvan bölgəsində yeni yalançı Sam Mirzə
peyda oldu. «Burnu kəsik» ləqəbini alan Sam Mirzə Dağıstana gələrək
Surxay xanın oğlu Məhəmməd xanla ittifaq yaratmağa nail oldu.
Məhəmməd xanla birləşən II Sam Mirzə Azərbaycana Cənubi Dağıstana və
Iranın şimal əyalətlərinə göndərdiyi məktublarında əsas məqsədinin Səfəvi
taxtının qanuni varisi kimi hakimiyyəti Nadirin əlindən almaq olduğunu
bildirdi. Təbliğat nəticəsində Sam Mirzə Şirvan,Dərbənd və Tabasaranda
çoxlu tərəfdar toplaya bildi. Dərbəndə Nadirin təyin etdiyi hakim
Məhəmməd Əliyə qarşı qiyam qalxdıqda, sonucda Nadirdən kömək istədi.
Nadir Şamaxı hakimi Heydər xana Dərbəndə kömək göstərmək əmrini
verdi. Şabran və Dərbənd arasınada Heydər xana yetişən Şirvan
üsyançıları onun qoşununu məğlub edib özünü də öldürdülər. Bundan
sonra Ağsunu ələ keçirən üsyançılar Sam Mirzəni şəhərə dəvət etdilər.
Məhəmməd xanla Yeni Şamaxıya gələn Sam Mirzə Nadirin qoyduğu bütün
vergiləri ləğv etdi və yüngül vergilər müəyyənləşdirdi. Üsyançılarıq qələbə
xəbəri nəticəsində xalq çıxışları çox geniş ərazini–Xəzər dənizindən
Gəncəyə qədər bölgələri əhatə etdi. Nadir Dərbəndə köməyə göndərdiyi
Təbriz hakimi Aşur xan və Gəncə hakiminin qoşunlarını da Sam Mirzə
məğlubiyyətə uğratdı. Şirvan üsyanı nəticəsində Şimali Azərbaycanın
böyün hissəsi, Şirvan, Qarabağ və Gəngəyədək ərazi üsyançıların əlinə
keçdi və Sam Mirzə Iran şah kimi fərmanlar verməyə başladı. Türkiyə ilə
hərbi əməliyatlara başı qarışan Nadir Şirvan üsyanını yatırmaq və Sam
Mirzənin tərəfinə keçən Dərbənd hakimi Məhəmməd Əlini cəzalandırmaq
üçün oğlu Nəsrullah Mirzə və Fətəli xanı qoşunla Azərbaycana göndərdi.
Türkiyə ilə hərbi əməliyyatların qızğın bir vaxtında Nadir daha təhlükəli
saydığı Şirvan üsyanını yatırmaq üçün öz hərbi düşərgəsindən də
Nəsrullah Mirzəyə kömək göndərmək qərarına gəldi. Nəsrullah Mirzənin
Fətəli xan başda olmaqda Azərbaycana göndərdiyi 3 minlik ordusunu da
Muğan düzündə Sam Mirzə məğlubiyyətə uğratdı. Bu məğlubiyyətdən
sonra Nadirin göstərişi ilə Nəsrullah Mirzə özü 20 minlik qoşunla Muğan
düzünə gəldi. Ağsu yaxınlığında, Şah bağı adlı yerdə baş verən döyüşdə
Sam Mirzə məğlubiyyətə uğrayıb Ağsu qalasına çəkildi, yaralanmış
Məhəmməd xan isə Dağıstana qaçdı. Iran qoşunları qalanı mühasirəyə
aldı. Vəziyyətin çıxılmaz olduğunu görən Sam Mirzə kiçik dəstə ilə, çox
ehtimal ki, milli azadlıq hərəkatına başçılıq edən gürcü feodalı Qivi
Amilaxbari ilə birləşmək üçün Gürcüstana qaçdı. Ağsunu ələ keçirən Iran
qoşunları böyük qırğın və talançılıq törətdilər. Sam Mirzəni ələ keçirən
Gürcüstan hakimi Teymuraz onu Nadir şaha təhvil verdi və gözləri çıxarılaq
Sam Mirzə Qarsa sürgün edildi. Nadir Kaxetiya hakimi Teymurazın əməyini
yüksək qiymətləndirib onu Koxetiya çarı elan etdi, əvvəllər Gəncə
bəylərbəyliyinə daxil olan Qazax və Borçalı mahallarını onun idarəsinə
verdi.
28
Şirvanla eyni zamanda Nadir şaha qarşı Şəkidə xalq azadlıq
hərəkatı başladı. Şəkidə Iran hakimiyyətinə qarşı xalq çıxışlarına
başlanmasının əsas səbəbi Nadirin nümayəndəsi Məlin Nəcəfin zülm və
özbaşınalığı olmuşdu. Nəcəfin özbaşılığından Nadirə gələn şikayətlərdən
ehtiyatlanan şah, Şəki əhalisinə öz nümayəndələrini onun yanına
göndərməyi təklif edir. Hacı Çələbi Nadir tərəfindən Şəki mahalının vəkili
təyin edildi və xüsusi fərmanla Məlik Nəcəfə Çələbinin razılığı olmadan
vergi qoymaq qadağan edildi. Bu 1741-ci ilin sonunda baş vermişdi. Hacı
Çələbinin vəkil təyin edilməsini Azərbaycan xalqının Nadir üzərində mənəvi
qələbəsi kimi qiymətləndirmək daha doğru olardı. Hacı Çələbinin Nəcəfin
işlərinə açıq şəkildə müdaxilə etməsi sonucunun şikayətlə Nadirə müraciət
etməsinə səbəb oldu. Nəcəfə Çələbinin şah fərmanlarının icrasına,
vergilərin toplanmasına mane olmasını bildirdikdə, Nadir təcili olaraq Hacı
Çələbini hüzuruna çağırdı. Hacı Çələbi boğazında edam kəndiri olsa da
cəsarətlə məlik Nəcəfin özbaşınalıqlarını, vergiləri qeyri-qanuni artırmasını
Nadirə bildirib şahı günahkar olmadığına inandırdı və daha geniş
səlahiyyətlərlə geri qayıtdı. Bundan sonra Nadir öz əmirlərinə demişdir ki,
mənim hüzurumda heç kəs ağzını açmağa cəsarət etmir, nuxalı Çələbi isə
boğazında kəndir öz fikrini bildirməkdən çəkinmədi. Görərsiniz o nə isə bir
iş törədəcək, mən heç vaxt yanılmıram.
Doğrudan da Nadir səhv etməmişdi. Şəkiyə qayıdan Çələbi Nəcəf
üzərinə nəzarəti daha da gücləndirdi. Məlik Nəcəf yenidən şikayətlə Nadirə
müraciət etməyə başladı. Hacı Çələbi nüfuzlu adamları öz ətrafına
toplayaraq Məlik Nəcəfi öldürdü. Türkiyə ilə müharibədə yaranmış
müvəqqəti sakitlikdən istifadə edən Nadir soyuq qışa baxmayaraq
şəkililərin üsyanını yatırmaq qərarına gəldi. Hacı Çələbi isə bu müddət
ərzində ciddi hazırlıq işləri görərək Gələsən-Görəsən qalasında müdafiə
qurmuşdu. 1744-cü ilin noyabrında Nadir şah Hacı Çələbiyə qarşı yürüşə
başladı. Yolların keçilməz olduğu üçün Nadir ordunun çox hissəsini və
artilleriyanı Daşbulaq kəndində qoyaraq, 15 minlik seçmə qoşunla Gələsən-
Görəsən qalasına yaxınlaşdı. 1744-cü ilin 29 noyabrında baş vermiş ilk
döyüşdə məğlub olan Iran qoşunları geri çəkilməyə məcbur oldu. Şəki
üsyançıları Iran qoşunlarını qovaraq çoxlu qənimət ələ keçirdilər, geri
çəkilərkən isə Nadir özü çətinliklə ölümdən xilas olmuşdu. 1745-ci ilin
əvvəlində Nadir yenidən Şəkiyə hərəkət etdi. Nadirin təslim olmaq tələbini
Hacı Çələbi qətiyyətlə rədd etdi. Qalanı bir ay mühasirədə saxlasa da onu
ələ keçirə bilməyən Nadir yenidən Muğana çəkilməyə məcbur oldu. Uzun
müddətli mühasirə nəticəsində üsyançıların ərzağı tükəndiyi üçün Hacı
Çələbi Nadirin hakimiyyətini tanımağa məcbur oldu. 1746-cı ilin martında
Hacı Çələbi tabeçilik bildirdi. Nadir şah məlik Cəfəri Şəkinin yeni hakimi,
Hacı Çələbini isə vəkili təyin etdi. Bu heç də Hacı Çələbinin məğlubiyyəti
demək deyildi, çünki əgər belə olsaydı, Nadir şah xüsusi fərmanla Hacı
Çələbini vəkil təyin etməzdi. Hacı Çələbinin bu müstəqilliyi sonra Şəki
xanlığının özülü oldu.
29
Beləliklə, Nadirin amansız siyasətinin, aramsız müharibələrin
nəticəsi olaraq ölkənin müxtəlif sosial təbəqələri arasında yaranmış
ziddiyyətlər sonda dövlətin tənəzzülünə, sui-qəsdlərə və saray intriqalarına
gətirib çıxardı və Nadir şah belə bir sui-qəsdin qurbanı olaraq 21 iyun 1747-
ci ildə çadırında öldürüldü.
Nadir şahın ölümündən sonra əsasən hərbi güc nəticəsində
birləşdirilmiş imperiya dağıldı. Bunun əsas səbəbi imperiya daxilində
əmtəə-pul münasibətlərinin və iqtisadi əlaqələrin zəif olması idi.
Dostları ilə paylaş: |