Şİrvan şƏHƏr məRKƏZLƏŞDİRİLMİŞ Kİtabxana sistemi



Yüklə 30.12 Kb.
PDF просмотр
tarix29.11.2016
ölçüsü30.12 Kb.

 

 

ŞİRVAN ŞƏHƏR 



MƏRKƏZLƏŞDİRİLMİŞ KİTABXANA SİSTEMİ. 

 

 

 

                                                                                                           

 

                                                                                                                  Azərbaycan Prezidenti İlham Əliyev 

                                                                                                  2015-ci ili “Kənd təsərrüfatı ili” elan etdi           

 

 

KƏND TƏSƏRRÜFATINA DÖVLƏT QAYĞISI...

 

/biblioqrafik vəsait/ 



 

 

 

 



 

 

Şirvan -2015 

 

 

Azərbaycan Prezidenti

 

İlham Əliyev 2015-ci ili “Kənd təsərrüfatı ili” elan etdi 

Azərbaycan Prezidenti İlham Əliyev 2015-ci ilin Azərbaycan Respublikasında 

“Kənd təsərrüfatı ili” elan edilməsi haqqında sərəncam imzalayıb.  

 

“Azərbaycan Respublikasında həyata keçirilən aqrar islahatlar nəticəsində kənd təsərrüfatının dinamik 



inkişafı üçün zəmin yaradılmışdır. Aqrar sektorda əsaslı dəyişikliklər baş vermiş, yeni iqtisadi və 

mülkiyyət münasibətləri formalaşmış, normativ hüquqi baza təkmilləşdirilmişdir. İdarəetmədə 

səmərəliliyin və şəffaflığın artırılması üçün elektron kənd təsərrüfatı sistemi tətbiq edilməkdədir. 

 

Kənd təsərrüfatının inkişafına dövlət dəstəyinin gücləndirilməsi, yeni çağırışlara uyğun sahə üzrə strateji 



hədəflərin və institusional dəyişikliklərin müəyyən edilməsi sahənin keyfiyyətcə yeni mərhələyə 

keçməsinin təməlini qoymuşdur. Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, aqrar sahədə ixrac 

potensialının artırılması məqsədi ilə ölkədə müasir aqroparklar və iri fermer təsərrüfatları təşkil edilir. 

Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində bölgələrdə müasir 

infrastruktur qurulmuş, kəndlərarası avtomobil yollarının şəbəkəsi genişləndirilmişdir. 

 

Şəmkirçay və Taxtakörpü su anbarlarının istismara verilməsi suvarılan yeni torpaq sahələrinin əkin 



dövriyyəsinə cəlb edilməsinə və torpaqların münbitliyinin qorunmasına şərait yaradır. 

 

Dövlət fermerlər üçün bir sıra güzəştlər müəyyən etmişdir. Belə ki, kənd təsərrüfatı məhsulları 



istehsalçıları, torpaq vergisi istisna olmaqla, vergilərdən azad edilmişlər. Fermer və sahibkarlar güzəştli 

şərtlərlə kredit, toxum, “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən lizinqə verilən və lizinq yolu 

ilə satılan gübrə, texnika, damazlıq mal-qara almaq imkanlarına malikdirlər. Eyni zamanda, əkin 

sahəsinin becərilməsində istifadə olunan yanacaq üçün dövlət subsidiyalar verir. 

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, kənd 



təsərrüfatının inkişafına yeni təkan vermək və onun modernləşdirilməsini sürətləndirmək, aqrar sektorda 

mövcud problemlərin həllinə sistemli və kompleks yanaşmanı təmin etmək, bu sahəyə dövlətin inzibati 

və maliyyə resurslarını səmərəli şəkildə cəlb etmək, ölkəmizin aqrar potensialını geniş təbliğ etmək 

məqsədi ilə qərara alıram: 

 

1. 2015-ci il Azərbaycan Respublikasında “Kənd təsərrüfatı ili” elan edilsin. 



 

2. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Respublikasının Nazirlər 

Kabineti ilə birlikdə 2015-ci ilin Azərbaycan Respublikasında “Kənd təsərrüfatı ili” elan edilməsinə dair 

tədbirlər planını bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin”. 

 

 

 



KƏND TƏSƏRRÜFATINA DÖVLƏT QAYĞISI 

 Dövlətimizin başçısı İlham Əliyevin  ölkəmizə rəhbərlik etdiyi son 11 ilin demək olar ki,hər biri “Kənd 

təsərrüfatı    ili  “  hesab  olunmağa  layiqdir.  Prezident  İlham  Əliyevin  ölkəyə  rəhbərlik    etdiyi  illərdə  isə 

Azərbaycan  regionlarının siması büsbütün dəyişib. Demək olar ki, regionların sosial-iqtisadi inkişafına 

dair  Dövlət  proqramlarının  uğurlu  icrası  nəticəsində  bu  gün  Azərbaycanın  ən  ucqar  dağ  rayonlarında 

belə  sosial-iqtisadi,  mədəni  həyatın  səviyyəsi  şəhər  həyatından  qətiyyən  fərqlənmir.    Elə  düşünmək 

olardı ki, artıq həyat səviyyəsi şəhərlərdəkindən fərqlənməyən Azərbaycanın regionlarının elə  bir ciddi 

problemi  qalmayıb.  Lakin  Azərbaycan  Respublikası  Prezidenti  İlham  Əliyevin  sədrliyi  ilə  Nazirlər 

Kabinetinin  2014-cü  ilin  sosial-  iqtisadi    inkişafının  yekunlarına  və  qarşıda  duran  vəzifələrə  həsr 

olunmuş  iclasında  dövlətimizin  başçısının  giriş  və  yekun  nitqlərində  irəli  sürülən  tezislər  hər  kəsdə 

regionlarımızın  gələcək  inkişaf  istiqamətləri  haqqında  bir  daha  aydın  təsəvvür  yaratdı.  Hazırda  kənd 

təsərrüfatına    yararlı  torpaqlardan  və  su  resurslarından  səmərəli    istifadə  olunması  məqsədilə  dövlətin 

dəstəyi  ilə  12  rayonda  30  min  hektardan  artıq  sahədə  19  iri  fermer  təsərrüfatının  yaradılması  işləri 

aparılır. 2015-ci ildə aqrar sektorda nəhəng layihələrin reallaşdırılması planlaşdırılır. 

 

       2013-2014-cü  illərdə  müasir  Azərbaycanın  tarixində  çox  böyük  yeri  olan  iki  nəhəng  layihənin  – 



Şəmkirçay  və  Taxtakörpü      su  anbarlarının  istismara  verilməsi  Azərbaycanda  hələ  sovet  dövründə 

mövcud olan ciddi problemin – onilliklər boyu müxtəlif səbəblərdən şorlaşıb sıradan çıxmış torpaqların, 

necə  deyərlər,  yenidən  həyata  qaytarılmasına,  yeni  əkin  sahələrinin  dövriyyəyə  buraxılmasına 

hədəflənib. Prezident İlham Əliyevin 2004-cü il 23 oktyabr tarixli Sərəncamı əsasında yaradılmış Kənd 

Təsərrüfatı  Nazirliyi  “Aqrolizinq”  Açıq  Səhmdar  Cəmiyyətinin  fəaliyyət  göstərdiyi  10  il  ərzində  20 

mindən  çox  kənd  təsərrüfatı  texnikası  alınıb.  Xaricdən  11  minə  yaxın  iribuynuzlu  mal-qara,  2  mindən 

çox  xırdabuynuzlu  damazlıq  heyvanlar  gətirilərək  güzəştli  şərtlərlə  fermerlərə  satılıb.  Etibarlı  ərzaq 

təminatı hər bir ölkənin iqtisadi sabitliyinin və sosial dayanıqlılığının başlıca şərtidir.Ərzaq təhlükəsizliyi  

ilk  növbədə  hər  bir  ölkənin  milli  ərzaq  müstəqilliyinə  əsaslanmalıdır.  Prezident    İlham    Əliyevin  

indiyədək imzaladığı silsilə Dövlət proqramları  məhz bu məqsədə xidmət edir. Buna misal olaraq  icrası 

tamamlanan  və  ya  davam  edən  və  ayrı-ayrı  dövrləri  əhatə  edən  yoxsulluğun  azaldılması  və  davamlı 

inkişaf,regionların  sosial-iqtisadi  inkişafı,əhalinin  ərzaq  məhsulları  ilə  etibarlı  təminatına  dair  Dövlət 

proqramlarını,eləcə  də  “Azərbaycan  2020;  gələcəyə  baxış”  İnkişaf  Konsepsiyasını  və  digər  rəsmi 

sənədləri  göstərmək  olar.2015-ci  ilin  Prezident  İlham  Əliyev“  tərəfindən  Kənda  təsərrüfatı    ili”  elan 

edilməsi  “2008-2015-ci  illərdə  Azərbaycan  Respublikasında  əhalinin  ərzaq  məhsulları  ilə  etibarlı 

təminatına dair Dövlət proqramı”nın  icrasının başa çatması ilə bir dövrə təsadüf edir.”Kənd təsərrüfatı 

ili” Dövlət Proqramının 2015-ci il üçün əsas hədəflərinə çatmasında stimullaşdırıcı rol oynayacaqdır. 

 

    İndiyədək    əsasən    abadlıq-quruculuq    meydanı    kimi    xarakterizə    olunan    regionlarımız  ”Kənd 



təsərrüfatı  ili”ndə  həm  də  bol  taxıl,  meyvə-  tərəvəz,  çayçılıq,heyvandarlıq  və  digər  qida  məhsullarının 

yetişdirildiyi,son nəticədə isə ölkənin ərzaq təhlükəsizliyinin  təmin edildiyi məkana çevriləcəkdir. 

 

      2015-ci  ilin  “Kənd  təsərrüfatı  iıi”  elan  edilməsi  ilə  əlaqədar  mədəniyyət  müəssisələri  kimi 



kitabxanaların  qarşısında  bir  sira  mühüm  vəzifələr  durur.Bu  münasibətlə  kitabxanalarımısda  “  Kənd 

təsərrüfatı:-İnkişaf və perspektivlər”, “ XXI əsr və kənd təsərrüfatı”,”Kənd təsərrüfatına dövlət qayğısı” 

və  sairə  mövzularda  sərgilər,məruzələr,söhbətlər,  dəyirmi  masalar,  təsərrüfat  qabaqcılları  ilə  görüşlər  

təşkil edilməlidir. 

 

 

 



 

Istifadə olunan ədəbiyyat siyahısı: 

 

 Abdullayev,Mübariz.  

     Azərbaycanda  “Kənd  təsərrüfatı ili” çərçivəsində  bir  sıra  mühüm  layihələr  reallaşdırılacaq  /  M. 

Abdullayev // Yeni Azərbaycan. - 2015.-27 fevral. - № 38. - S. 3 . 

 “2015-ci  ilin  Azərbaycan Respublikasında  “Kənd  təsərrüfatı ili” elan  edilməsi  ilə  bağlı  Tədbirlər 

Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (3 aprel 2015-ci 

il) // Azərbaycan. - 2015.-4 aprel. - № 69. - S. 2  

2015-ci  ilin  Azərbaycan Respublikasında  “Kənd  təsərrüfatı ili” elan  edilməsi  haqqında  Azərbaycan 

Respublikası Prezidentinin Sərəncamı (12 yanvar 2015-ci il) // Azərbaycan. - 2015.-13 yanvar. - № 8. - 

S. 2 

    Məmmədov,Əhməd 

    Niyə məhz “Kənd təsərrüfatı ili”?! / Ə. Məmmədov // Yeni Azərbaycan. - 2015.-17 yanvar. - № 10. - 

S. 6 . 


İnternetdə 

http://news.milli.az/politics/332774.html 

http://www.myvideo.az/?video_id=1966462 

http://www.azadliq.az/xeber/773/prezident-2015-ci-ili-k%C9%99nd-t%C9%99s%C9%99rrufati-ili-elan-

etdi/ 

http://sia.az/az/news/economy/469021-kend-teserrufati-ili-ile-bagli-tedbirler-plani-tesdiqlenib/ 



http://serqqapisi.az/index.php/iqtisadiyyat/5952-2015-dzi-il-kaend-taesaerrufat-ili-dir 

 

 



Tərtib etdi:   İsayeva Kəmalə -   baş biblioqraf. 

 


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə