www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
177
muxtariyyətini tələb etmişdir [134, 179]. Bu faktordan çıxış
edərək M.Ə.Rəsulzadə mühacirət dövründə yazırdı ki,
N.Yusifbəylinin Azərbaycan istiqlalı hərəkatındakı rolu yalnız
maarif naziri və baş nazir olmaqla kifayətlənməmişdir: «Onun
hərəkatdakı həqiqi rolu sonra tutduğu bu rəsmi mövqelərdən
çox əvvəl başlamışdır. Bu rol onun Gəncədə 1917-də «Türk
ədəmi mərkəziyyət xalq firqəsi» namıyla təsis edilən siyasi
Azərbaycan firqəsinin təşkilinə təşəbbüs etməsiylə başlayır.
Azərbaycan ideyasını siyasi bir tələb maddəsi şəklində
formulə etmək şərəfi mərhum Nəsib bəyindir» [134, 174].
M.Ə.Rəsulzadə daha sonra qeyd edir ki, əslində Azərbaycan
milli ideyası onların tanışlığının ilk illərindən (1914-1915-ci
illər) hər ikisində yaranmışdı: «Bu dostluğu bu qədər mətin
bağlarla bir görüşmədə bağlayan şey, şübhəsiz, müştərək bir
qayə, müştərək bir ruh daşıdığımızı mütəqabilən kəşf edişimiz
idi. Bu ruhi-müştərək Gəncədə Nəsib bəyə siyasi bir firqə
maddəsinin yazılmasını təlqin etdiyi bir zamanlarda, mənə də
Bakıda «Açıq söz» qəzetəsinə eyni tezisi müdafiə edən bir baş
məqalə yazdırmışdı» [134, 174].
Qeyd edək ki, Nəsib bəy 1917-ci il aprelində Bakıda
keçirilən Qafqaz Müsəlmanlarının 1-ci qurultayında «kim
dava edə bilər ki, biz kəndini (özünü – F.Ə.) idarəyə
səlahiyyətdar bir millət deyilik!» demişdir. Beləliklə,
Rəsulzadənin də yazdığı kimi, o bu qurultayda milliyyətçilik
(Azərbaycan
türkçülüyü),
türkçülük,
xalqçılıq
və
modernləşmə (yeniləşmə) prinsiplərini müdafiə etmişdi.
Hətta, bununla kifayətlənməyərək, eyni prinsiplərlə çıxış edən
iki partiyanın birləşməsinə təşəbbüs göstərmiş və həmən
bunun tətbiqini istəmişdi. Rəsulzadə yazır: «Bir tərəfdən
Nəsib bəy, digər tərəfdən də M.Ə.Rəsulzadə ilə A.Kazımzadə
|