www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
182
182
Qeyd edək ki, 1910-cu illərdə qələmə aldığı yazılarında,
xüsusilə «Milli dirilik» (1914) başlıqlı sislilə məqalələrində
artıq M.Ə.Rəsulzadə milli ideyanın, milli ideologiyanın yaran-
masının zəruriliyndən bəhs edirdi. O göstərirdi ki, yalnız
cəmiyyətin intellektual qismi milli ideologiyanın yaradıcısı və
təbliğatçısı ola bilər: «Ayrı-ayrı əməlpərvərlər tərəfindən təsvir
və təyin edilən, başqa sözlə desək, hazırlanan millli əməllər
layihəsi xalqın düşünüb də hiss və arzu etdiklərinə uyğun
gələrsə, sürətli bir şəkildə xalq arasında yayılar və çoxlu
tərəfdarlar qazanar» [186, 471]. Milli ideyanı əsaslandırmaq
üçün Rəsulzadə ilk növbədə, ümmət, milliyyət, millət və xalq
məfhumlanını izah etməyə çalışmışdır
«Açıq söz» qəzetinin ilk sayında nəşr olunan «Tutacağımız
yol» (1915) məqaləsində isə, Rəsulzadə ilk dəfə Azərbaycan
milli ideyasının başlıca prinsiplərini göstərmişdir. Onun fikrincə,
milli ideyanın əsas idealı milliyyətdir ki, 20-ci əsrdə milliyyət
əsri olduğuna görə, Azərbaycan türkləri də milliyyət mərhələsini
keçib millət olaraq meydana çıxmalıdır. Bu baxımdan 1-ci dünya
müharibəsi nəticəsində dünyanın xəritəsinin dəyişməsinin labüd
olduğunu qeyd edən Rəsulzadəyə görə, dünya xəritəsinin alacağı
yeni şəkilə vətəndaşların fədakarlığı, dövlətlərin təşkilatı və
orduların əzəməti ilə bərabər, aşkar və qətiyyətlə peyda olmuş
milliyyət məfkurələrinin də böyük təsiri var və olacaqdır:
«Özünü lüzumunca bilib də istiqbal üçün müəyyən bir ideal
bəsləyən millət şübhəsiz ki, böyük bir qüvvət təşkil edər.
Şübhəsiz ki, sözün tam mənası ilə deyiləcək qədər dağ dağıdan
topların hakim olduğu hərb meydanlarında təsirsiz qalmayan bu
qüvvət yaşıl mahudlu barışıq masası üzərində əsaslıca bir əsir
yapacaq. Hər hansı qalib tərəf az-çox sorunclu bir dinclik vücuda
gətirmək istərsə, əsrin vicdanları üzərində ən çox təsir icra edən
|