Nizamidə azərbaycançılıq
Könül, bu pak incini ona çatdır, ona sun,
Gövhəri gövhər saçan şaha ərməğan olsun!
S-X, 2004, 206.
Nizami «Yeddi gözəl» poemasının sonunda Əlaəddin
Körpə Arslan şaha dua və alqış edərkən özünü Vizantiyanın
yüksək əyarlı saf və təmiz qızılı ilə müqayisə edir, yazdığına
əvəz olaraq belə bir bəxşiş əldə etməsini arzulayır. Burada
daxili bir məna da ifadə edir ki, Gəncə saf insanların, əhdinə
etibarlı adamlann məskənidir, ora Nizaminin yurdudur,
Nizamiyə, Nizami adma münasib olan, Gəncə adına layiq olan
bəxşiş verilsə Allaha da xoş gedər:
Tam əks-əyarlı nəqdi Gəncədən
Rumi çeşnisiylə parladıqca mən
Ona şah adını bəxş etdi dilim
Naxşından istədim sulansın əlim
Çini libaslı şah qoydu qızıl tac
Çin və Rum şahları ona verdi bac
Sənsən bu dünyanın qüdrətli şahı
Dünyamız gözləməz özgə pənahı.
S-X, 2004, 295-296.
Nizami özünün doğulduğu, böyüdüyü Gəncəni müqəd
dəs bir məkan kimi təsvir edir. Bu yurdda yaratdığı sənət
əsərlərini isə ecazkar, sehrli söz xəzinəsi kimi mənalandırır.
Gəncəm-Babilim mənim, Harutu yandırmada
Ən uzaq ulduzu da Zöhrəm nurlandırmada
Zöhrəm söz dəyərini Mizan bürcündə ölçür
Dilim ruh aləminin lisanıdır, gözüdür
Duz-çörəyim bilirəm öz cadugər şeirimi
Halal sehrim sındırar Harutun hər sehrini
Ürəyinin şəklidir Nizaminin sözləri
Mənim halal sehrimlə daim canlı, dipdiri.
S-X, 2004, 64.
91
|