məsinə dair digər xüsusi aktda göstərildiyi vaxtdan onun qüvvəyə minməsi yoludur. Normativ aktlar (qa-
nunlar, prezident fərmanları, hökumət qərarları və s.) bəzi hallarda bu aktların özündə göstərildiyi andan qüvvə-
yə minir. Özündə bir sıra mülki (mülkiyyət) hüquq normaları əks etdirən «Azərbaycan Sovet Sosialist Respub-
likasının suverenliyi haqqında» 23 sentyabr 1989-cu il tarixli qanunun özündə bu qanunun 1989-cu il sentyab-
rın 25-dən qüvvəyə minməsi göstərilir. Konstitusiya Məhkəməsinin normativ aktların bir-birinə uyüunluüu ba-
rədə (Konstitusiyanın 130-cu maddəsinin III hissəsinin 1-7-ci bəndlərində, V və VII hissələrində nəzərdə tutul-
muş hallarda) qəbul etdiyi qərarlar həmin qərarların özündə göstərilən vaxtdan qüvvəyə minir.
Mülki qanunvericilik aktı bu aktın qüvvəyə minməsinə dair digər xüsusi aktda göstərildiyi vaxtdan da qüv-
vəyə minə bilər. Məsələn, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və
bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında» 28 dekabr 1999-cu il tarixli qanun Mülki Məcəllənin
qüvvəyə minməsi vaxtını müəyyən edir. Normativ aktın qüvvəyə minmə müddəti Milli Məclisin qərarında da
göstərilə bilər. Məsələn, «Sahibkarlıq fəaliyyəti haqqında» qanunun qüvvəyə minməsi barədə Milli Məclisin
qərarında həmin qanunun 1993-cü ilin yanvarın 1-dən qüvvəyə minməsi müəyyən edilir.
Elə hallar da olur ki, xüsusi aktda normativ aktın qüvvəyə minməsinin konkret müddəti göstərilmir. Norma-
tiv aktın qüvvəyə minmə müddəti onun dərc olunması anı ilə əlaqələndirilir. Məsələn, «Meşə Məcəlləsinin təs-
diq edilməsi haqqında» 30 dekabr 1997-ci il tarixli qanunda, «Su Məcəlləsinin təsdiq edilməsi haqqında» 26 de-
kabr 1997-ci il tarixli qanunda həmin məcəllələrin dərc edildiyi gündən qüvvəyə minməsi müəyyənləşdirilir.
Bəzən də normativ aktın özündə onun imzalandığı gündən qüvvəyə minməsi göstərilir. Məsələn, «Icarəyə
verilmiş dövlət əmlakından səmərəli istifadə olunması tədbirləri haqqında» 6 sentyabr 1997-ci il tarixli prezi-
dent fərmanında nəzərdə tutulur ki, bu fərman imzalandığı gündən qüvvəyə minir.
Elə aktlar vardır ki, bu aktlar barədə dərhal məlumat vermək üçün onların mətninin təxirə salınmadan müva-
fiq və əlaqədar təşkilatlara göndərilməsi tələb olunur. Normativ aktın ifadə olunduüu mətnin həmin təşkilatlar
Dostları ilə paylaş: |