normativ aktlar hüquqi qüvvəyə minmə müddətindən əvvəl yaranan və müvcud olan ictimai münasibət-
lərə şamil olunmur. Bu isə onu ifadə edir ki, mülki qanunvericilik aktlarının geriyə qüvvəsi yoxdur (MM-in 7-
ci maddəsinin 1-ci bəndi). Bu işdə özbaşınalıüa yol vermək olmaz. Deməli, normativ aktların geriyə qüvvəsinin
olmaması o deməkdir ki, bu aktlar hüquqi qüvvəyə mindikdən əvvəl meydana gəlmiş münasibətlərə şamil edil-
mir. Məsələn, iki müəssisə arasında topdansatış ticarət münasibətləri yaranır. Bundan sonra bu cür münasibətlə-
ri tənzimləyən qanun qəbul edilir. Bu qanun həmin münasibətlərə tətbiq olunmayacaqdır. Qanunda birbaşa gös-
təriş nəzərdə tutulsa belə, mülki qanunvericilik aktlarının geriyə qüvvəsi yoxdur (MM-in 7-ci maddəsinin 2-ci
bəndi).
Mülki qanunvericilik aktlarının geriyə qüvvəsinin olmaması prinsipindən qanunda nəzərdə tutulan hallarda
müəyyən istisnaya yol verilir. Bu, onu ifadə edir ki, həmin hallarda müvafiq normativ akt qüvvəyə minəndən
ə
vvəl əmələ gəlmiş münasibətlərə tətbiq edilir:
●
əgər həmin akt fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdırırsa;
●
əgər həmin akt mülki hüquq məsuliyyətini aradan qaldırırsa;
●
əgər həmin akt mülki hüquq məsuliyyətini yüngülləşdirirsə.
Söylədiklərimizdən belə təsəvvür yaranır ki, əgər mülki qanunvericilik şəxslərin hüquqi vəziyyətini pis-
ləşdirərsə və ya onlara zərər vurarsa, onda onun geriyə qüvvəsindən söhbət gedə bilməz. Məsələn, şəxs
bankdan kredit alır. Kredit müqaviləsində kreditin qaytarılmasının hər gecikdirilən günü üçün kredit məblə-
üinin 0,2 faizi həcmində dəbbə pulu (penya) ödənilməsi nəzərdə tutulur. Bundan sonra Milli Bank tərəfindən
qəbul edilən normativ aktda (təlimatda) penya (qanuni dəbbə pulu) 0,7 faiz məbləüində müəyyənləşdirilir.
Bu təlimat kredit müqaviləsindən əmələ gələn münasibətə tətbiq edilməyəcəkdir. Ona görə ki, o, şəxsin və-
ziyyətini pisləşdirir.
Mülki qanunvericilik aktlarının qüvvəyə minməsinin əsas iki qaydası və yolu vardır:
●
normativ aktın dərc olunduüu gündən qüvvəyə minməsi qaydası;
●
normativ aktın özündə və ya bu aktın qüvvəyə minməsinə dair xüsusi aktda göstərildiyi andan qüvvə-
Dostları ilə paylaş: |