qanunvericilik aktlarının qüvvəsinə xitam verilməsi əsasları da deyilir.
Müddətin başa çatması mülki qanunvericilik aktlarının öz qüvvəsini itirməsinə əsas olan birinci üsuldur.
Bu üsulla yalnız müvəqqəti normativ aktların hüquqi qüvvəsinə xitam verilə bilər. Belə ki, müvəqqəti aktın
qüvvədə olma müddəti qurtarır və başa çatır. Bununla da o, qüvvədən düşmüş hesab edilir. Müddətsiz aktların
bu üsulla ləğv edilməsi istisna edilir. Ixtiyarı çatan orqanın qəbul etdiyi xüsusi akt normativ aktların öz
qüvvəsini itirməsinə dəlalət edən ikinci üsuldur. Ixtiyarı çatan orqan dedikdə, normativ aktı qəbul etmiş və ya
qanunla müəyyən edilmiş qaydada müvafiq səlahiyyət almış orqan başa düşülür. Həmin orqan tərəfindən nor-
mativ aktın qüvvədən düşməsi barədə xüsusi akt qəbul edilir. Bununla akt öz hüquqi qüvvəsini itirir.
Dostları ilə paylaş: |