Beynəlxalq müqavilələrin qüvvəyə minməsi normativ aktların qüvvədən düşməsinə dəlalət edən dördüncü
üsuldur. Söhbət Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq hüquqi aktlardan (müqavilə, saziş,
konvensiya, pakt, protokol və s.) gedir. Bu aktlar dövlətlərarası müqavilələrdir. Həmin müqavilələr mülki hü-
quqla tənzimlənən münasibətlərə birbaşa tətbiq edilir. Bəzi hallarda isə onlar birbaşa yox, dövlətdaxili normativ
aktın qəbul edilməsi (implementasiya) ilə tətbiq olunur.
Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə mülki qanunvericilik aktları arasında
ziddiyyət yarana bilər. Belə ki, beynəlxalq müqavilələrdə nəzərdə tutulan qaydaların mülki qanunvericilikdə
ifadə olunan normalardan fərqlənməsi hallarına rast gəlmək olar. Bu cür ziddiyyətli məqamlarda beynəlxalq
müqavilənin normaları tətbiq edilir. Ona görə ki, mülki qanunvericilik aktlarına münasibətdə beynəlxalq müqa-
vilələr üstün qüvvəyə malikdir (Konstitusiya və referendumla qəbul edilən aktlar istisna olmaqla). Bununla nor-
mativ akt və ya aktın hissəsi öz qüvvəsini itirir.
Dostları ilə paylaş: |