Mülki qanunvericiliyin zamana görə hüquqi qüvvəsi dedikdə, mülki qanunvericilik aktlarının qüvvəyə
minməsi müddəti, bu aktların qüvvədə olma müddəti və onların qüvvədən düşmə müddəti başa düşülür. Bu, qa-
nunda nəzərdə tutulan qaydalarla məyyənləşdirilir. Həmin qaydalar Konstitusiyada, Mülki Məcəllədə və «Nor-
mativ hüquqi aktlar haqqında» qanunda əks olunmuşdur.
Mülki qanunvericiliyin zamana görə hüquqi qüvvəsini müəyyənləşdirən həmin qayda əsasən üç məsələni
ə
hatə edir:
●
mülki qanunvericilik aktı nə vaxt qüvvəyə minmişdir (aktın qüvvəyə minmə müddəti);
●
mülki qanunvericilik aktı nə vaxta kimi qüvvədə olacaqdır (aktın qüvvədə olma müddəti);
●
mülki qanunvericilik aktı nə vaxt qüvvədən düşəcəkdir (aktın qüvvədən düşmə müddəti).
Dostları ilə paylaş: |