§ 5. Mülki hüquqda boşluq. Analogiyanın tətbiqi
1. Mülki hüquqda boşluq. Analogiyanın anlayışı
Mülki hüquqla tənzimlənən ictimai münasibətlərin dairəsi kifayət qədər genişdir. Onun nizamasalma pred-
metinə olduqca müxtəlif və cürbəcür münasibətlər daxildir. Bundan əlavə, ictimai həyatda həmişə yeni ictimai
münasibətlər yaranır. Bu münasibətlər öz əlamətinə görə mülki hüququn predmetinə daxil ola bilər. Onlar mül-
ki hüquq tərəfindən tənzimlənməyi tələb edir. Mülki hüquq isə, necə deyərlər, bu münasibətləri nizama salmaüa
«borcludur».
Ş
übhəsiz ki, mülki hüquq ictimai münasibətlərin bu cür müxtəlifliyini, genişliyini, mürəkkəbliyini və rənga-
rəngliyini nəzərə almaq iqtidarında deyildir. Aydın bir həqiqətdir ki, mülki hüququn özündə birləşdirdiyi nor-
maların tənzimlənməyi tələb edən bütün ictimai münasibətlərin hamısını nizama salmaq və rəsmiləşdirmək im-
kanı yoxdur. Söhbət mülki hüquqla tənzimlənməli olan ictimai münasibətin qaydaya salınması üçün konkret
mülki hüquq normasının olmamasından gedir. Başqa sözlə desək, hüquqtətbiqetmə praktikasında mülki-hüquqi
xarakterli müəyyən elə məsələlər və hallar yarana bilər ki, onlar mülki hüquqla tənzimlənə bilməsin. Bu isə o
deməkdir ki, konkret ictimai münasibəti nizama salmaq, hüquqi məsələni həll etmək üçün mülki hüquq norması
olmur. Göstərilən hala mülki hüquqda boşluq və ya çatışmazlıq deyilir. Mülki hüquqda boşluq o deməkdir ki,
konkret ictimai münasibətə və hala tətbiq ediləcək mülki hüquq normasını seçərkən və tətbiq edərkən, müvafiq
norma olmur.
Dostları ilə paylaş: |