bətlər sferasını tənzimləyən bir sıra normativ hüquqi aktların onların normativ məzmunu dəyişilmədən
vahid normativ hüquqi aktda birləşməsi başa düşülür. Onun iki xüsusiyyəti vardır. Birinci xüsusiyyət on-
dan ibarətdir ki, konsolidasiya hüquqi nizamasalmanın məzmununu dəyişdirmir, yəni hüquqi tənzimetmədə
mühüm dəyişiklik etmir. Bu baxımdan o, predmet inkorporasiyasına çox oxşayır. kinci xüsusiyyət isə ondan
ibarətdir ki, konsolidasiya vahid normativ hüquqi aktda birləşmə olub, toplu xarakterinə malikdir. Belə ki, kon-
solidasiya prosesində bir neçə normativ akt bir aktda birləşir. Bu cəhətdən o, məcəllələşdirməyə oxşayır. Dedik-
lərimiz onu sübut edir ki, konsolidasiya inkorporasiyanın və məcəllələşdirmənin bəzi xüsusiyyətlərini özündə
ə
ks etdirir. Konsolidasiya üsulundan o halda istifadə olunur ki, məcəllələşdirməyə zərurət yaranmasın və ya
məcəllələşdirmə üçün, ümumiyyətlə, imkan olmasın. Bu cür vəziyyətdə konsolidasiya ən səmərəli sistemləşdir-
mə üsulu kimi çıxış edir. Konsolidasiya nəticəsində normativ aktların sayı azalır, eyni normativ material birləş-
dirilir. Bu cür sistemləşdirməyə Milli Bankın nağdsız hesablaşmaların aparılması barədə normativ aktını misal
çəkmək olar.
Sistemləşdirmənin əsas və mühüm üsulu məcəllələşdirmədir. O, ən yüksək və mükəmməl, bununla belə, da-
ha mürəkkəb sistemləşdirmə formasıdır. Məcəllələşdirmə dedikdə, dövlətin hüquqyaratma orqanlarının elə
Dostları ilə paylaş: |