Predmet inkorporasiyası qüvvədə olan normativ hüquqi aktların predmet əlaməti özrə, yəni mülki hüququn
yarımsahələrinə, institutlarına görə qaydaya salınmasıdır. Məsələn, mülki-hüquqi məsuliyyəti və ya əqli mül-
kiyyət hüququnu və yaxud mülkiyyət hüquq institutunu və s. tənzim edən normativ aktların birləşdirilməsi bu
inkorporasiyaya misal ola bilər. Predmet inkorporasiyası nisbətən daha mürəkkəb sistemləşdirmə növüdür. O,
normativ materialı mülki-hüquqi nizamasalma sferalarına görə yerləşdirir. Bu cür sistemləşdirmə hüquqtətbi-
qetmə orqanlarına onlara lazım olan hüquq normalarından tez və operativ istifadə etməyə imkan verir. Predmet
inkorporasiyası sistemli inkorporasiya da adlanır. Bizans imperatoru Yustinianın Qanunlar Külliyyatı sistemli
xarakterdə olmuşdur.
Dostları ilə paylaş: |