leqal təfsir deyilir. Ali Məhkəmənin qanunları təfsir etməyə ixtiyarı çatmır. Amma bu ali məhkəmə orqanına
icazə verilmişdir ki, o, qanunvericiliyin tətbiqi məsələlərinə dair məhkəmələrə rəhbər izahatlar versin. Bu, leqal
təfsirdir. Deməli, leqal təfsir normanı qəbul etməyən orqanın verdiyi izahatdır. Belə halda həmin orqanın rəsmi
təfsir etmək üçün xüsusi səlahiyyəti olmalıdır.
Rəsmi təfsirin ikinci növü kazual təfsir adlanır. Kazual təfsir dedikdə, səlahiyyətli orqanın konkret hüquqi
işlə bağlı olaraq hüquq normasının məzmununu izah etməsi başa düşülür. Bu cür təfsir həmin konkret iş üçün
məcburidir. Onun başqa işlərin həlli zamanı əhəmiyyəti yoxdur. Kazual təfsir ümumməcburi xarakter daşımır.
Bu təfsirin əsas məqsədi, müəyyən konkret hadisənin (halın) dözgün həll edilməsindən ibarətdir. Yalnız konkret
hadisəyə aid edildiyinə görə o, kazual (latınca casus - hadisə) təfsir adlanır.
Məcburi hüquqi əhəmiyyətə malik olmayan, rəsmi xarakter daşımayan təfsirə qeyri-rəsmi təfsir deyilir. Bu
cür təfsiri rəsmi statusu olmayan subyektlər verir. Qeyri-rəsmi təfsirin subyekti rolunda elmi idarələr, tədris mü-
ə
ssisələri, ictimai təşkilatlar, alimlər, mütəxəssislər, habelə praktiki işçilər çıxış edirlər. Rəsmi təfsirdən fərqli
olaraq qeyri-rəsmi təfsirin məcburi hüquqi qüvvəsi yoxdur. Lakin buna baxmayaraq, onun mülki hüquq norma-
sının təjrübədə dözgün tətbiq edilməsində mühüm əhəmiyyəti vardır. Qeyri-rəsmi təfsir mülki qanunvericiliyin
mənasının dərin və hərtərəfli başa düşülməsinə kömək edir.
Qeyri-rəsmi təfsir əsasən tövsiyə və məsləhət kimi formalarda ifadə olunur. Bu formalar hakimiyyət göstə-
rişlərindən məhrum olub, məcburi hüquqi qüvvəyə malik deyil. Qeyri-rəsmi təfsir şifahi formada da ifadə oluna
bilər. Məsələn, vəkilin, prokurorun vətəndaşları qəbul etdikləri zaman mülki hüquq normasının mənasını izah
etməsi və s.
52
Qeyri-rəsmi təfsir üç cür olur: adi təfsir; professional təfsir; doktrinal təfsir. Istənilən hər hansı bir vətəndaşın
mülki hüquq normasının məzmununu izah etməsinə adi təfsir deyilir. Hüquq sahəsi özrə peşəkarların, mütəxəs-
sislərin verdikləri təfsir professional təfsir adlanır. Məsələn, bu cür təfsirə hakimin, vəkilin, notariusun və s.
vətəndaşların qəbulu zamanı hüquq normasını izah etməsini misal göstərmək olar.
Dostları ilə paylaş: |