Doktrinal təfsir odur ki, bu təfsir xüsusi elmi-tədqiqat müəssisələri, ayrı-ayrı alimlər tərəfindən monoqrafi-
yalarda, məqalələrdə, mühazirələrdə, çıxışlarda, konfranslarda, kommentariyalarda və s. verilir. O, qeyri-rəsmi
təfsirin əsas və mühüm növü sayılır. Ona elmi təfsir də deyilir. Doktrinal təfsirin də məcburi hüquqi qüvvəsi
yoxdur. Amma buna baxmayaraq, bu təfsir cəmiyyətin hüquqi həyatına mühüm təsir göstərir. Belə ki, doktrinal
təfsirin verdiyi elmi tövsiyələr səlahiyyətli rəsmi orqanlara onların hüquqyaratma və hüquqtətbiqetmə fəaliyyə-
tində kömək edir.
Hüquq normalarının təfsirini başqa, ikinci əlamətə — həcmə və təfsirin nəticələrinə görə də təsnifləşdir-
mək olar. Bu əlamətə görə təfsirin üç növü fərqləndirilir: hərfi təfsir; genişləndirici təfsir; məhdudlaşdırıcı təf-
sir.
Mülki hüquq normaları normativ aktın maddələrində əks olunur. Mülki hüquq mülki hüquq normalarından
ibarətdir. Hüquq norması mülki hüququn əsas struktur elementidir. Normativ akt isə maddələrdən ibarətdir.
Maddə isə normativ aktın struktur elementidir. Bax, normativ aktın maddəsi hüquq normasının xarici təzahür,
ifadə formasıdır. Əgər mülki hüquq norması məzmundursa, maddə formadır.
Mülki hüquq normasının məzmunu hüquqyaratma orqanının iradəsini ifadə edir. O, öz iradəsini söz vasitəsi-
lə normativ aktın maddələrində əks etdirir. Əgər hüquqyaratma orqanının dövlət iradəsinin həqiqi məzmunu,
yəni hüquq normasının əsas məzmunu onun normativ aktın maddəsində sözlə ifadəsinə uyüun gələrsə, üst-üstə
düşərsə, buna hərfi təfsir deyilir. Bu, adekvat təfsir də adlanır.
Lakin həmişə belə olmur. Belə ki, obyektiv və ya subyektiv səbəblərə görə hüquq normasının məzmunu
onun maddədə sözlə ifadəsinə uyüun gəlməyə də bilər. Əgər hüquq normasının məzmunu onun sözlə ifadəsin-
dən geniş olarsa, onda genişləndirici təfsirdən istifadə olunur. Məsələn, MM-in 1130-cu maddəsində göstərilir
ki, malın, işin və ya xidmətin qüsurları nəticəsində vurulan zərərin əvəzi, əgər zərər malın (işin, xidmətin) mü-
ə
yyənləşdirilmiş yararlılıq müddəti ərzində əmələ gəlmişdirsə, ödənilməlidir. Burada «yararlılıq müddəti» kimi
anlayışı genişləndirici təfsir etmək lazımdır. Belə ki, bu anlayış həm də özündə «xidmət müddəti» kimi anlayışı
ə
hatə edir. Başqa bir misal. MM-in 464-cü maddəsinin 2-ci bəndində göstərilir ki, əgər qanunla qadaüan edilmə-
yibsə, tərəflər qanun özrə dəbbə pulunun (cərimənin, penyanın) miqdarını artıra bilərlər. Burda «qanun» dedikdə,
bütün normativ hüquqi aktlar başa düşülür.
Ə
gər mülki hüquq normasının həqiqi məzmunu onun sözlə ifadəsindən geniş deyilsə, məhduddursa, onda
Dostları ilə paylaş: |