Microsoft Word mulki huquq doc



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə148/1820
tarix28.12.2021
ölçüsü8,78 Mb.
#17088
1   ...   144   145   146   147   148   149   150   151   ...   1820
Xüsusi-hüquqi təfsir üsulu odur ki, bu üsul mülki hüquq (sivilistika) elminin və qanunvericilik texnikasının 

bilikləri  əsasında  hüquqi  terminlərin,  konstruksiyaların,  kateqoriyaların,  anlayışların  mənasının  və  məzmunu-

nun aydınlaşdırılmasını nəzərdə tutur. Xüsusən də hüquqyaratma orqanı yeni hüquqi anlayış və kateqoriyalar 

formulə edəndə bu üsuldan daha geniş surətdə istifadə olunur. Məsələn, MM-in 1108-ci maddəsi «ətrafdakılar 

üçün yüksək təhlükə yaradan fəaliyyət» kimi anlayış işlədir. Bu anlayışın mahiyyət və məzmunu mülki hüquq 

elminin  bilikləri  əsasında  aydınlaşdırılır.  Mülki  qanunvericilik  «təqsir»,  «kobud  ehtiyatsızlıq»,  «zəruri  müda-

fiə», «son zərurət» və s. anlayışlar işlədir. Bunların da məzmununa mülki hüquq elminin verdiyi biliklər əsasın-

da aydınlıq gətirilir.  

Təfsir üsulları bir-biri ilə qarşılıqlı əlaqədədir. Onların hamısı birlikdə mülki hüquq normalarının məzmunu-

nun dəqiq müəyyənləşdirilməsində böyük rol oynayır.  




Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   144   145   146   147   148   149   150   151   ...   1820




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin