Microsoft Word mulki huquq doc



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə146/1820
tarix28.12.2021
ölçüsü8,78 Mb.
#17088
1   ...   142   143   144   145   146   147   148   149   ...   1820
Sistemli təfsir üsulu odur ki, bu üsul mülki hüquq normasının məzmununun bu normanın mülki hüquq sa-

həsində tutduüu yeri müəyyənləşdirmək yolu ilə aydınlaşdırılmasını nəzərdə tutur. Belə ki, mülki hüquq norma-

sı digər hüquq norması ilə müqayisə edilir və onların bir-biri ilə qarşılıqlı əlaqəsi müəyyənləşdirilir. Bu yolla 

müvafiq normanın məzmununa aydınlıq gətirilir. Hər hansı hüquq norması mülki hüquq sisteminə daxil olan 

hər bir norma ilə sıx surətdə bağlıdır. Buna görə də mülki hüquq normasının əsl mənasını başa düşmək üçün 

onun başqa norma ilə məntiqi əlaqəsini müəyyən etmək lazımdır. Xüsusən də təfsir edilən normanın onun məz-

mununa yaxın olan digər norma ilə müqayisə olunmasına ayrıca diqqət yetirilir. Qədim dünya mütəfəkkir-filo-

sofları demişkən, həqiqət müqayisə nəticəsində aşkar olunur və özə çıxır.  

MM-in 665-ci maddəsində göstərilir ki, dəyişdirmə müqaviləsi özrə dəyişdirilən mallara mülkiyyət hüququ 

tərəflərə, hər iki tərəf müvafiq malları vermək vəzifəsini icra etdikdən sonra eyni vaxtda keçir. Bu maddədə ifa-

də  olunan  hüquq  normasının  mənasını  dözgün  başa  düşmək  üçün  onu  MM-in  570-ci  maddəsində  əks  edilən 

norma ilə müqayisə etmək lazımdır. Bu normaya görə əşyanı vermək vəzifəsinin icrası məqamları bunlardır: əş-

yanın alıcıya təhvil verildiyi məqam; alıcının ixtiyarına verilməsi məqamı; əşyanın daşıyıcıya və ya rabitə təşki-

latına təhvil verilməsi məqamı. Başqa bir misal. MM-in 4-cü maddəsinə görə əmlak dəyəri olan qeyri-maddi 

nemətlər mülki hüquq münasibətlərinin obyekti hesab olunur. Bu maddədə ifadə olunan mülki hüquq norması-

nın  mənasını  dözgün  başa  düşmək  üçün  MM-in  135-ci  maddəsində  (5-ci  bənd)  əks  olunan  hüquq  normasına 

müraciət etmək lazımdır. Həmin maddədə göstərilir ki, başqa şəxslərə verilə bilən və ya sahibinə maddi fayda 

və ya başqa şəxslərdən nəyi isə tələb etmək hüququ vermək üçün nəzərdə tutulan tələblər və hüquqlar qeyri-

maddi əmlak nemətləri hesab edilir.  


Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   142   143   144   145   146   147   148   149   ...   1820




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin