Beynəlxalq xüsusi hüquq xüsusi hüquq sisteminin bir hissəsini təşkil edir. O, daxili milli hüququn spesifik
sahəsidir. Beynəlxalq xüsusi hüquq beynəlxalq xarakterli mülki (əmlak), ailə-nikah və əmək münasibətlərini
tənzimləyən hüquq normalarının məcmusudur. Üstünlük təşkil edən müvcud konsepsiyaya görə, bu sahə hər bir
dövlətin daxili hüquq sisteminin tərkib hissəsidir. Beynəlxalq xüsusi hüququn nizamasalma predmetini beynəl-
xalq həyatda yaranan mülki xarakterli münasibətlər təşkil edir. Bunu bəzən beynəlxalq mülki münasibətlər də
adlandırırlar. Sovet dövründə «xarici elementli» xüsusi münasibətləri tənzimləmək məqsədi ilə beynəlxalq xüsu-
si hüququn ayrılmasına təşəbbüs göstərilmişdir. O, sovet sivilistikasının «ailəsinə» daxil idi. Bundan əlavə, nəzə-
riyyədə bəzi vaxtlarda beynəlxalq xüsusi hüquq mülki hüququn tərkib hissəsi (yarımsahəsi) kimi nəzərdən keziri-
lirdi. Kontinental Avropa hüququnda beynəlxalq xüsusi hüquq mülki hüququn tərkib hissəsi (yarımsahəsi) sayılır.
Beynəlxalq xüsusi hüquq adının (private international law) işlədilməsini ilk dəfə olaraq 1834-cü ildə Con
Stori təklif etmişdir. XX əsrdə ingilis-amerikan doktrinasında bu terminlə bərabər, həm də «münaqişə hüququ»
(conflict of law) terminindən istifadə olunur. Avropa dövlətlərində XIX əsrin 40-cı illərindən başlayaraq hər
yerdə «beynəlxalq xüsusi hüquq» termini (fransızca droit international prive, almanca internationales
privatrecht və s.) tətbiq edilir.
ßvvəllər sovet hüququ ədəbiyyatında «beynəlxalq xüsusi hüquq» terminindən istifadə olunması əleyhinə fi-
kirlər söylənilirdi. Bu fikrin doüru və inandırıcı olmaması hüququn ümumi və xüsusi hüquqa bölünməməsi ilə
izah olunur və əsaslandırılırdı.
Beynəlxalq xüsusi hüquq özünün əsas hüquqi parametrlərinə görə həmişə xüsusi hüquq xarakterinə və təbiə-
tinə malik olmuşdur. Qabaqcıl və sivil hüquq sistemlərində də hez bir vaxt beynəlxalq xüsusi hüquq özünün xü-
susi hüquq xarakterini itirməmişdir. Biz beynəlxalq xüsusi hüququ mülki hüququn yarımsahəsi hesab edirik.
10
Odur ki, o, mülki hüququn tərkib hissəsi kimi xüsusi hüquqa aiddir.
Dostları ilə paylaş: |