Microsoft Word mulki huquq doc



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə16/1820
tarix28.12.2021
ölçüsü8,78 Mb.
#17088
1   ...   12   13   14   15   16   17   18   19   ...   1820
Ailə hüququnun xüsusi hüquqa daxil olmasına gəldikdə isə göstərmək istəyirik ki, bir çox müəlliflər hüqu-

qun müstəqil bir sahəsi kimi ailə hüququnu xüsusi hüquq sferasına daxil edirlər. Qabaqcıl, sivil və inkişaf etmiş 

hüquq sistemlərində ailə hüququ xüsusi-hüquqi xarakterə malikdir. Amma biz, ailə hüququnu müstəqil hüquq 

sahəsi  yox,  mülki  hüququn  yarımsahələrindən  biri  hesab  edirik.  Bu,  kontinental  Avropa  hüququ  ənənələrinə 

uyğun gəlir. Belə ki, bir çox Avropa ölkələrində ailə hüququ mülki hüququn tərkib hissələrindən (yarımsahələ-

rindən) biri kimi tanınır. Ona görə də ailə hüququ hüququn müstəqil sahəsi kimi yox, mülki hüququn vasitəsilə 

onun  tərkib  hissəsi  (yarımsahəsi)  kimi  xüsusi  hüquq  sferasına  şamil  olunur.  Müstəqil  olmayan  ailə  hüququ 

Azərbaycan  Respublikasının  xüsusi  hüquq  sistemində  mülki  hüququn  vasitəsilə  təmsil  olunur.  Bununla  belə, 

mülki hüququn ailə hüququ adlı yarımsahəsində dövlətin bəzi ailə hüquq münasibətlərinə qarışmasının şahidi 

oluruq. Dövlətin həmin müdaxiləsi əsasən yetkinlik yaşına zatmayan uşaqların, əmək qabiliyyəti olmayan ərin 

(arvadın) mənafeyini müdafiə etmək məqsədini güdür. Məsələn, himayələrində azyaşlı uşaq olan ərlə arvad ara-

sında nikaha məhkəmə qaydasında xitam verilir. Bu, onu göstərir ki, mülki hüququn ailə hüququ yarımsahəsin-

də ümumi-hüquqi xarakterli elementlər və münasibətlər var. 


Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   1820




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin