bətin özü (yəni məzmun) deməkdir. Bu baxımdan o, maddi (iqtisadi) məzmunla hüquqi formanın vəhdətini və
birliyini ifadə edir. Məsələn, yuxarıdakı misalda alqı-satqı hüquq münasibəti dedikdə, alqı-satqı münasibəti (maddi
məzmun) ilə alqı-satqı müqaviləsinin (hüquqi formanın) vəhdəti başa düşülür. Biz mülki hüquq münasibətinə məhz
bu nöqteyi-nəzərdən yanaşmalıyıq. Belə ki, dialektik materializm fəlsəfəsi məzmun və formanın dialektik vəhdətdə
olmasını göstərir. Fəlsəfə öyrədir ki, «formasız məzmunun olması mümkün deyil» və əksinə, məzmunsuz forma tə-
səvvürolunmazdır. Forma «məzmunlu forma», «canlı, real məzmunun forması» olmalıdır. Ona görə də müasir sivi-
listika elmi və təcrübəsi hesab edir ki, mülki hüquq münasibətlərinə maddi məzmunla hüquqi formanın vəh-
Dostları ilə paylaş: |