dəti kimi baxmaq lazımdır. Hüquqi formaya (məsələn, yuxarıdakı misalda alqı-satqı müqaviləsinə) maddi (iqtisa-
di) məzmundan (yəni yuxarıdakı misalda alqı-satqı münasibətindən, faktiki-real ictimai münasibətdən) təcrid olun-
muş və ayrılmış halda yanaşmaq olmaz.
Mürəkkəb kateqoriya olan mülki hüquq münasibətinin özünün müəyyən strukturu (quruluşu) vardır. Mülki
hüquq münasibətinin strukturu (quruluşu) dedikdə, onun hansı elementlərdən ibarət olması başa düşülür. O,
belə bir suala cavab verir: mülki hüquq münasibəti əsasən hansı elementlərdən təşkil olunmuşdur?
Mülki hüquq münasibətləri, hər bir hüquq münasibəti kimi, quruluşca üç əsas və vacib elementdən ibarətdir:
●
mülki hüquq münasibətinin subyekt tərkibindən;
●
mülki hüquq münasibətinin məzmunundan;
●
mülki hüquq münasibətinin obyekt tərkibindən.
Elementlər mülki hüquq münasibətlərinin əsl mənada hüquqi xarakteristikasını müəyyənləşdirməyə imkan
verir. Onları təhlil etmək elə mülki hüquq münasibətini təhlil etmək deməkdir. Elementlər bu münasibətin ma-
hiyyətini dərk etməyə və başa düşməyə kömək edir.
Dostları ilə paylaş: |