Mülki hüquq münasibətinin ideoloæi məzmunu dedikdə, iradəvi məzmun başa düşülür. Dövlətin və sub-
yektlərin iradələri mülki hüquq münasibətinin iradəvi məzmununu təşkil edir. Bildiyimiz kimi, dövlət iradəsi
hüquq normalarında ifadə olunur. Bu normalar onların müəyyənləşdirdiyi hüquq münasibətləri vasitəsi ilə hə-
yata keçirilir. Həmin münasibətlər də, söz yox ki, dövlət iradəsini əks etdirir. kinci tərəfdən, hüquq münasibət-
lərində bu münasibətlərdə iştirak edən subyektlərin fərdi, şəxsi iradəsi də ifadə olunur.
Mülki hüquq münasibətinin ideoloæi məzmunu onunla şərtlənir ki, o, ideoloæi münasibətdir. Ideoloæi mü-
nasibət isə həmişə iradəvi xarakterə malikdir.
Dostları ilə paylaş: |