Mülki hüquq münasibətinin hüquqi məzmunu dedikdə, bu münasibətin yaranmasına dəlalət edən mülki
hüquq və vəzifələr başa düşülür. Məsələn, götürək elə borc hüquq münasibətini. Burada borc verən borcun qay-
tarılmasını tələb etmək hüququna malikdir. Borc alan isə aldığı borcu vaxtında qaytarmaq kimi vəzifə daşıyır.
Borc verənin hüququ və borc alanın vəzifəsi borc hüquq münasibətinin hüquqi məzmununu təşkil edir. Daşıma
hüquq münasibətində daşıyıcının yükün daşınmasına görə daşıma haqqı almaq hüququ vardır. O, həm də yükü
vaxtında təyinat yerinə çatdırmaq vəzifəsi daşıyır. Yük göndərən isə yükün təyinat məntəqəsinə çatdırılmasını
tələb etmək hüququna malikdir. Onun həm də daşıma haqqını ödəmək kimi vəzifəsi vardır. Daşıyıcı və yük
göndərənin hüquq və vəzifələri daşıma hüquq münasibətinin hüquqi məzmununu təşkil edir.
Mülki hüquq elmini, təbii ki, mülki hüquq münasibətinin hüquqi məzmunu maraqlandırır. Ona görə ki, mül-
ki hüquq münasibətlərinin məzmununu təşkil edən mülki hüquq və vəzifələr bu münasibətlərdə iştirak edən
subyektləri bir-biri ilə bağlayır və onlar arasında əlaqə yaradır. Ona görə ki, həmin hüquq və vəzifələr mülki
hüquq normaları ilə tənzimlənir.
Mülki hüquq münasibətinin hüquqi məzmunu müəyyən struktura malikdir. Mülki hüquq münasibətinin hü-
Dostları ilə paylaş: |