Mülki hüquq münasibətinin obyekti odur ki, məhz onun barəsində həmin münasibət yaranır. Məhz obyekt
barəsində və haqqında mülki hüququn subyektləri bir-biri ilə hüquq münasibətinə girirlər. Obyekt və subyekt
— bunlar cüt kateqoriyalardır.
Hər bir mülki hüquq münasibətinin özünəməxsus obyekti vardır. Başqa sözlə desək, hər bir obyektə müəy-
yən növ mülki hüquq münasibəti uyüundur. Məsələn, mülkiyyət hüquq münasibətlərinin obyekti əşyalardan
ibarətdir. Mülki hüquq münasibətinin digər növü olan öhdəlik hüquq münasibətlərində obyekt rolunda subyek-
tin hərəkəti çıxış edir. Bunlar onu göstərir ki, mülki hüquq münasibətlərinin obyektləri çoxnövlüdür.
Obyektsiz mülki hüquq münasibəti ola bilməz. Əgər obyekt yoxdursa, onda mülki hüquq münasibətinin
müvcudluüundan söhbət gedə bilməz. Ona görə ki, obyekt mülki hüquq münasibətinin strukturuna (quruluşuna)
daxil olan elementlərdən biridir.
Hüquq və vəzifələr kimi elementlər yalnız hüquq münasibətləri üçün xarakterikdir. Digər ictimai münasibət-
61
lərə bu cür elementlər yaddır. Məhz həmin elementlər hüquq münasibətlərinə xüsusi xarakter verir.
Dostları ilə paylaş: |