Xüsusi (sinqulyar) hüquqi varislik odur ki, bu varisliyə əsasən hüquqi sələfin yalnız bəzi hüquq və vəzifə-
ləri hüquqi varisə keçir. Bu zaman hüquqi varis bütün mülki hüquq münasibətlərində yox, ancaq bir və ya bir
neçə mülki hüquq münasibətində hüquqi sələfini əvəz edir. Daha doürusu, xüsusi (sinqulyar) hüquqi varislik
qaydasında hüquqi sələfin bütün mülki hüquq münasibətləri özrə hüquq və vəzifələri yox, yalnız bir və ya bir
neçə mülki hüquq münasibəti özrə hüquq və vəzifələri keçir. Bu növ hüquqi varisliyə misal olaraq öhdəlik hü-
quq münasibətində şəxslərin dəyişməsini (ühdəliklərin verilməsini) göstərmək olar (MM-in 26-cı fəsli). Əgər
öhdəlik hüquq münasibətində səlahiyyətli şəxs (kreditor) başqa birisi ilə əvəz olunarsa, buna tələbin gözəşti
Dostları ilə paylaş: |