Maddi nemətlər mülki hüquq münasibətləri obyektlərinin əsas növüdür. Insanların maddi ehtiyajlarını tə-
min edən müxtəlif əşyalar — torpaq, meşə, binalar, avadanlıqlar, geyim şeyləri, ərzaq məhsulları, nəqliyyat va-
sitələri və s. maddi nemətlər hesab olunur. Əşyalar, bir qayda olaraq, mülkiyyət hüquq münasibətlərinin obyekti
olur.
Ə
mlak dəyəri olan qeyri-maddi nemətlər dedikdə, əqli fəaliyyətin — yaradıcılıq fəaliyyətinin nəticələri,
yəni əqli mülkiyyət obyektləri başa düşülür. Söhbət müəlliflik hüququnun obyekti olan elm, ədəbiyyat və incəsə-
nət əsərlərindən, patent hüququnun obyekti olan ixtiralardan, sənaye nümunələrindən, faydalı modellərdən və s.
gedir. Onlar yalnız müəyyən obyektiv formada ifadə olunduqda, mülki hüquq münasibətlərinin obyektləri rolunda
çıxış edir. Məsələn, alimin əsəri maddi daşıyıcıda (maddi obyektdə) — kitabda ifadə olunur. Nüsxələri oxuculara
satılarkən kitab alqı-satqı hüquq münasibətinin obyekti olur.
Ə
Dostları ilə paylaş: |