§ 3. Mülki hüquq münasibətinin hüquqi məzmunu
1. Subyektiv mülki hüquq
Qeyd etdik ki, mülki hüquq münasibətinin hüquqi məzmununun strukturu (quruluşu) iki elementdən
ibarətdir: subyektiv mülki hüquqdan; subyektiv mülki-hüquqi vəzifədən. Bu elementlər birləşərək mülki
hüquq münasibətinin hüquqi məzmununu təşkil edir.
Fiziki şəxslər və təşkilatlar mülki hüquq münasibətlərinə girirlər. Bu, onu ifadə edir ki, onlar mülki hüquq və
vəzifələr əldə edirlər. Mülki hüquq münasibəti subyektləri əldə etdikləri bu hüquq və vəzifələrə uyüun olaraq
bir-biri ilə qarşılıqlı əlaqəyə girir, bir-birinə qarşılıqlı təsir göstərirlər. Məhz bu cür qarşılıqlı əlaqə və təsir
nəticəsində mülki hüquq münasibəti yaranır. Məsələn, alqı-satqı hüquq münasibətində satıcı satdığı əmlakın pu-
lunun ödənilməsini alıcıdan tələb etmək hüququ əldə edir. Satıcının özərinə əmlakı alıcıya vermək vəzifəsi dü-
ş
ür. Alıcı üçün isə satın aldığı əmlakın pulunu ödəmək vəzifəsi yaranır. O, həm də əmlakın verilməsini satıcı-
dan tələb etmək hüququna malikdir. Sərnişin daşıma hüquq münasibətində daşıyıcı (nəqliyyat təşkilatı) sərni-
ş
indən gediş pulu almaq hüququna malikdir. Daşıyıcı üçün həm də sərnişini təyinat yerinə çatdırmaq vəzifəsi
ə
mələ gəlir. Sərnişinin isə özərinə gediş haqqını ödəmək vəzifəsi düşür. Sərnişin həm də onun təyinat yerinə
çatdırılmasını tələb etmək hüququna malikdir. Borc hüquq münasibətində borc verən borcun geri qaytarılmasını
tələb etmək hüququ qazanır. Borc alan isə borcu geri qaytarmaq vəzifəsini daşıyır.
Bax, satıcının, alıcının, daşıyıcının, sərnişinin və s. malik olduüu, əldə etdiyi bu cür hüquqlar subyektiv mül-
ki hüquqlar adlanır. Bu hüquqlar ona görə «subyektiv» adlanır ki, birincisi, həmin hüquqlar konkret olub,
Dostları ilə paylaş: |