yektlərdən biri — səlahiyyətli şəxs subyektiv mülki hüquqa malik olur, digər subyekt, yəni borclu şəxsin özəri-
69
nə isə vəzifə düşür. Bu hala sadə mülki hüquq münasibətlərində rast gəlirik. Məsələn, bank əmanəti hüquq mü-
nasibəti sadə mülki hüquq münasibətinə misal ola bilər. Burada səlahiyyətli şəxs (əmanətçi) subyektiv hüquqla-
ra malikdir, borclu şəxs (bank) isə subyektiv hüquqi vəzifə daşıyır. Mürəkkəb hüquq münasibətlərində isə səla-
hiyyətli şəxs eyni zamanda və vaxtda həm subyektiv mülki hüquqlara malik olur, həm də subyektiv mülki-hü-
quqi vəzifələr daşıyır. Borclu şəxs eyni zamanda həm subyektiv mülki-hüquqi vəzifələr daşıyır, həm də subyek-
tiv mülki hüquqlara malik olur. Mülki hüquq münasibətlərinin çoxu (məsələn, alqı-satqı, daşıma, podrat,
sığorta, icarə, kirayə, kredit, bank hesabı və digər hüquq münasibətləri) mürəkkəb hüquq münasibəti növünə da-
xildir. Sadə mülki hüquq münasibətlərinin dairəsi isə olduqca məhduddur.
Mülki hüquq münasibətinin iştirakçısı olan səlahiyyətli şəxs, məsələn, alqı-satqı hüquq münasibətində satıcı,
daşıma hüquq münasibətində daşıyıcı və s. hansı həddə və çərçivədə hərəkətlər edə, hüquqlara malik ola bilər?
Səlahiyyətli şəxsin davranış imkanı məhdudlaşa bilərmi? Bu davranış imkanının müəyyən həddi və ölçüsü var-
mı? Yoxsa, səlahiyyətli şəxsin davranışı müəyyən ölçüyə sıümır, bu ölçünü aşıb keçir və heç nə ilə məhdudlaş-
mır?
Bu suallara dözgün cavab tapmaq üçün məsələyə diqqətlə yanaşmaq lazımdır. Məsələni dərindən nəzərdən
keçirdikdə görürük ki, bu, heç də belə deyildir. Belə ki, səlahiyyətli şəxsin, yəni satıcının da, daşıyıcının da və
s. davranış imkanı məhduddur. Bu imkanın müəyyən ölçüsü vardır. Həmin ölçü isə mülki hüquq normaları ilə
müəyyən edilir ki, bu normalar qanunlarda, prezident fərmanlarında, hökumət qərarlarında və digər aktlarda, bir
sözlə, mülki qanunvericilik aktlarında ifadə olunur. Məsələn, alqı-satqı hüquq münasibətində satıcının necə
davranması, hansı hərəkətlər etməsi, nə cür hüquqlara malik olması Mülki Məcəllənin 29-cu fəslində əks olu-
nan mülki hüquq normaları ilə müəyyən edilir. Daşıma hüquq münasibətlərində daşıyıcının, icarə hüquq müna-
sibətlərində icarəyə verənin, podrat hüquq münasibətlərində podratçının və s. davranış ölçüsü də Mülki Məcəl-
lədə ifadə olunan mülki hüquq normaları ilə müəyyənləşdirilir. Deməli, səlahiyyətli şəxsin davranış imkanı
mülki hüquq normaları çərçivəsindən kənara çıxa bilməz. Bu imkanın ölçüsü mülki hüquq normalarının yol
verdiyi həddə olmalıdır. O, mümkün olan həddi aşa bilməz. Bax, səlahiyyətli şəxsin mümkün olan davranış im-
kanı, müəyyən hərəkətlər etmək imkanı subyektiv mülki hüquqdur.
Dostları ilə paylaş: