xeyrinə müsbət, fəal hərəkətlər etmək zərurətində ifadə olunur (fəal davranış). Məsələn, alqı-satqı hüquq
münasibətində alıcının borcudur ki, satıcının xeyrinə öz hüquqi vəzifəsini, yəni aldığı əşyanın pulunu ödəmək
vəzifəsini icra etsin (MM-in 567-ci maddəsi). Podrat hüquq münasibətində podratçının borcudur ki, sifarişçinin
xeyrinə öz vəzifəsini, yəni tapşırılan və nəzərdə tutulan işi icra etsin (MM-in 752-ci maddəsi). Yük daşınması
hüquq münasibətində daşıyıcının borcudur ki, yük göndərənin xeyrinə yükü təyinat yerinə çatdırsın (MM-in
850-ci maddəsi). Borclu şəxsin səlahiyyətli şəxsin xeyrinə fəal, müsbət hərəkətlər etməyə borclu olmasına fəal
Dostları ilə paylaş: |