Hüquqdəyişdirici mülki-hüquqi faktlar odur ki, mülki qanunvericilik mülki hüquq münasibətlərinin də-
yişməsini məhz bu cür faktların olması ilə əlaqələndirir və bağlayır. Mülki hüquq münasibətlərinin dəyişmə-
si dedikdə, onun subyekt tərkibinin və ya hüquqi məzmununun dəyişməsi başa düşülür. Subyekt tərkibinin də-
yişməsi səlahiyyətli şəxsin və ya borclu şəxsin başqa şəxslə əvəz olunmasını ifadə edir. Tələbin gözəşti (veril-
məsi) zamanı öhdəlik mülki hüquq münasibətlərində subyekt qismində iştirak edən köhnə səlahiyyətli şəxs
(kreditor) yeni səlahiyyətli şəxslə əvəz olunur (MM-in 194-cü maddəsinin 1-ci bəndi). Bu cür hallarda tələbin
gözəşti öhdəlik mülki hüquq münasibətinin subyekt tərkibinin dəyişməsinə əsas olan hüquqi fakt kimi çıxış
edir. Məsələn, bank əmanəti hüquq münasibəti özrə səlahiyyətli şəxs (kreditor, əmanətçi) bankdan (borclu şəxs-
dən) əmanəti tələb etmək hüququnu öz qonşusuna (yeni səlahiyyətli şəxsə, yeni kreditora) gözəşt edir.
Dostları ilə paylaş: |